Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:34

Ekspert: Bahalaşma və qıtlıq hələ qabaqdadır (Video)


Hələ ki, Azərbaycan hökumətinin diqqəti daha çox ərzaq məhsullarının idxalı ilə bağlı yaranan və yarana biləcək problemlərin həllinə yönəlib

Azərbaycan buğdadan başqa hansı strateji məhsullar üzrə idxaldan asılıdır?

Həm Rusiyanın Ukraynaya hücumu, həm də buna qədər Rusiyanın buğdaya ixrac rüsumunu qaldırması, Azərbaycanın strateji məhsullar üzrə idxal asılılığını gündəmə gətirdi.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan təkcə ərzaqda deyil, bir çox vacib qeyri-ərzaq - mallarını o cümlədən, tikinti materialları və kağızı da əsasən Rusiyadan alır.

Rusiyadakı durumla bağlı Azərbaycanda gübrə və tikinti materiallarından başqa qəzet kağızı da bahalaşmağa başlayıb.

Rəsmi statistikaya görə, Azərbaycan qəzet kağızını iki ölkədən alır- Rusiya və Belarusdan. Amma Rusiya bu sahədə dominantdır - 2020-ci ildə idxal olunan 2300 ton kağızın 2200 tonu Rusiyanın payına düşüb.

Naşir Şahbaz Xuduoğlu report.az-a deyib ki, artıq kağızın qiymətində son bir neçə ayda bir neçə dəfə bahalaşma var və kitab çapı üçün kağız bitmək üzrədir.

İqtisadi təhlilçi Toğrul Vəliyevin fikrincə, Rusiya ilə bağlı durum yalnız onunla əlaqədar deyil ki, bu ölkədə iqtisadi durum pisləşib. Onun sözlərinə görə, Azərbaycan həm də Avropadan aldığı malların daşınması üçün Rusiyadan tranzit kimi istifadə edirdi və indi Azərbaycanın təchizat zənciri qırılıb:

“Rusiyadan keçən yüklər məcburən Gürcüstan üzərindən gəlməli olacaq, çünki Qərb şirkətləri artıq Rusiya ilə işləmək istəmirlər”.

Azərbaycan idxalda hansı ölkələrdən asılıdır?
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Azərbaycan daha hansı ölkələrdən asılıdır

Rusiya Azərbaycanın yeganə idxal ölkəsi deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan tütünün demək olar ki, hamısını Ukraynadan gətirirdi.

Toğrul Vəliyev deyir ki, indi Azərbaycan tütün üçün də başqa mənbə ölkəsi axtarmalı olacaq.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə mobil telefonların əksər hissəsi, elektrik akkumlyatorlarının yarısından çoxu Çindən gəlir.

İran da Azərbaycana tikinti materialları - kərpic, etilen borular kimi malların gətirildiyi ölkədir.

Almaniya yük avtomobillərinin idxalında dominant rol oynayır. 2020-ci ildə idxal olunan yük avtomobillərinin üçdə biri Almaniyanın payına düşüb.

Çayın idxalı üzrə dominat ölkə Şri-Lankadır.

Kartof idxalı iki ölkədən asılıdır - Rusiya və İrandan.

Rusiyaya mal göndərə bilməyən fermerlərə hökumət yardım edə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

12, yoxsa 40 faiz bahalaşma?

Hələ ki, Azərbaycan hökumətinin diqqəti daha çox ərzaq məhsullarının idxalı ilə bağlı yaranan və yarana biləcək problemlərin həllinə yönəlib.

Belə ki, Nazirlər Kabineti fevralın 21-də İqtisadi İnkişaf Nazirliyinə göstəriş verib ki, mal qıtlığı və inflyasiyanın qarşısını almaq üçün tədbirlər görsün- məsələn, bu malların daşınma-logistika xərclərinin optimallaşdırılması ilə bağlı təkliflər hazırlasın.

İqtisadiyyat Nazirliyi AzadlıqRadiosunun görülən tədbirlərin mahiyyəti barədə sualına cavab verməyib.

İqtisadi təhlilçi Toğrul Vəliyev isə deyir ki, Rusiyanın Ukraynaya hücumunun təsirləri Azərbaycanda hələ bundan sonra hiss olunmağa başlayacaq:

“Son bir ay ərzində bahalaşma hiss olunmurdu, çünki hər şey hələ var idi. Amma indi yeni mallar gəlməlidir. Yeni təchizat zənciri qurmaq lazım gələcək, bu isə vaxt və pul aparacaq”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk iki ayında Azərbaycanda istehlak qiymətləri azı 12 faiz bahalaşıb, amma müstəqil iqtisadçılar bahalaşmanın hətta 40 faizə qədər olduğunu deyirlər.

XS
SM
MD
LG