Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:57

'Ümid vermək İlham Əliyevin tərzidir' [video]


Prezidentin sözü ilə əməli üst-üstə düşürmü?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

Prezidentin sözü ilə əməli üst-üstə düşürmü? [video]

Azərbaycanda manat davamlı dəyərdən düşsə də, ərzaq, kommunal xidmətlər bahalaşsa da, Milli Bankın və Neft Fondunun ehtiyatları kəskin azalsa da, prezident İlham Əliyevin çıxışları tez-tez ümidvericiliyi və pozitivliyi ilə fərqlənir.

“Şərəf”, “uğur”, “sabitlik” Əliyevin nitqindən düşmür

“Bu gün Azərbaycanda iqtisadi sahədə heç bir problem yaşanmır. İqtisadi inkişaf davam edir. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə əlaqədar problemlər olsa da, bu problemlərin öhdəsindən şərəflə gəlirik və əminəm ki, 2016-cı ili də uğurla başa vuracağıq”.

“Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilmişdir, iqtisadi sabitlik təmin edilmişdir və bu il aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar gələcək inkişafımız üçün çox gözəl üfüqlər, perspektivlər açır”.

Buna da bax:​ İlham Əliyev 'iqtisadi sabitlik' deyərkən, nəyi nəzərdə tutur?

Əliyevin tənqidçiləri deyirlər ki, prezident həqiqətləri təhrif edir, çünki ÜDM dörd faiz azalıbsa, inflyasiya ikirəqəmlidirsə, manat ucuzlaşırsa, bu, iqtisadi sabitlik deyil.

"O, həmişə belə olub"

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev

“Turan” agentliyinin direktoru Mehman Əliyev deyir ki, pozitiv danışmaq və ümid vermək İlham Əliyevin tərzidir. O, həmişə belə olub:

“Bir xarici diplomat mənə deyir ki, o sinədən danışır, hər şeyi ətraflı bilir. Amma bir neçə ildən sonra anladım ki, o, eyni şeyləri danışır. Bəli, İlham Əliyev 15 ildir ki, eyni şeyləri deyir. Bəzi dəyişiklik edir, amma mahiyyət dəyişmir. Azərbaycanın isə bu çıxışlar nəticəsində hansı vəziyyətə gəlib düşməsi göz qabağındadır, realdır”.

Buna da bax:​ İqtisadçının 'böhrandan çıxdıq' deyən prezidentə cavabı

Mehman Əliyev deyir ki, avtoritar rəhbərlərin həqiqətləri gizlətmək xüsusiyyəti var, onlar demokratik liderlərdən daha az səmimi olurlar, amma onun fikrincə, belə çıxışlarla nə daxildə, nə də xaricdə auditoriyanı deyilənlərə inandırmaq olmur:

“Əlbəttə ki, özü deyir, özü də eşidir. Bəlkə özü də bəlkə də inanmaq istəyir. Amma beynəlxalq qurumların, Azərbaycanla maraqlanan auditoriyanın ölkə haqqında kifayət qədər məlumatı var və vəziyyəti yaxşı bilirlər. Heç kimi aldatmaq mümkün deyil. Bu tipli bəyanatlarla Azərbaycana investisiya gətirmək mümkün olmayacaq”.

Buna da bax:​ İlham Əliyev: 'İki uzunqulağın arpasını bölə bilməyənlər...'

Prezidenti dəstəkləyənlər onun demokratik olduğunu deyirlər. Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyir ki, o, prezidentin əvəzinə şərh etmək istəmir. Musabəyov əlavə edir ki, İlham Əliyev nə danışdığını bilir.

Bəs seçicilər İlham Əliyevin çıxışları haqda nə düşünürlər?

"Prezident nə deyirsə, düz deyir"
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

Yanvarın 16-da Əliyev “Davos 2017” forumunda məqalə yazıb. Prezident bu məqaləsində də deyir ki, çətinliklərə rəğmən, ölkədə iqtisadi islahatlar gedir, bütün sahələrdən şəffaflıq təmin edilir.

"Əliyev hökumətinin heç böhrandan əvvəl də nüfuzu yaxşı olmayıb"

Buna da bax:​ İsa Qəmbər: 'Əminik ki, vəziyyətdən çıxış yolu var'

Avropa Parlamentində siyasi müşavir Eldar Məmmədov (Eldar Məmmədov Avropa Parlamenti adından danışmadığını, dediklərinin onun mövqeyini əks etdirdiyini bildirir) Əliyevin çıxışlarının onun diplomatik dairələrdə siyasi nüfuzuna necə təsir etməsi haqqında deyir ki, Əliyev hökumətinin heç böhrandan əvvəl də nüfuzu yaxşı olmayıb, bunun səbəbi daha çox korrupsiya, azadlıqların boğulması, iqtisadiyyatın yalnız bir sahədən asılı olmasıdır.

“Amma Avropa Birliyinin bu cür nüfuza malik başqa tərəfdaşları da var və Azərbaycanla münasibətləri davam etdirir. Azərbaycan daha çox Avropa Birliyinə enerji mənbəyi kimi maraqlıdır. Başqa bir prioritet isə sabitliyi qorumaqdır. Bu gün Avropa Birliyi xarici siyasətçilərinin əsas fikri budur - yaxşı tanıdığımız İblis daha yaxsıdır”.

Buna da bax:​ Valyuta ehtiyatları: Prezident 'artırmalıyıq' deyir, amma...

Eldar Məmmədov əlavə edir ki, Avropa Birliyinin Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycanla əməkdaşlığı zəifləyəcək, amma o səbəbdən ki, Avropa Birliyinin diqqəti özünün daxili problemlərinə və yeni ABŞ prezidenti Trumpla münasibətlərə yönələcək.

XS
SM
MD
LG