Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:16

'Azərbaycanda internet formal olaraq azaddır, amma...'


Mehman Əliyev
Mehman Əliyev

Azərbaycanda internet qismən azaddır. «Freedom House» insan haqları təşkilatının internetdə azadlıqla bağlı builki hesabatında belə deyilir. Ötən il Azərbaycan 100 ballıq qiymətləndirmə üzrə 56 bal almışdısa, bu il bir qədər də geriləyib, 57 balla «qismən azad» ölkələrin siyahısına düşüb.

«Turan» İA direktoru Mehman Əliyev bu qiymətləndirmə ilə razılaşır. O da ölkədə internetin «qismən azad» olduğunu bildirir. M.Əliyev deyir ki, qanuna görə, ölkədə hamı internetdən istifadə edə bilir, istifadəçilərin sayı çox da ola bilər: «Amma Azərbaycanda internet texniki cəhətdən zəif, beynəlxalq standartlara uyğun deyil, sürət çox aşağı, qiymət çox bahadır. Qiymətin bahalığı kasıb əhalinin internetə çıxışına çox böyük əngəllər törədir».

Mehman Əliyev: 'Azərbaycanda internet total şəkildə izlənir. Bu mənada internetlə bağlı ciddi problemlər var'
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00
Direct-ə keçid

M.Əliyev məsələnin başqa tərəfinə də toxunur, Azərbaycanda internet istifadəçilərinə hökumətin nəzarət etdiyini, onlara güclü təzyiq, senzura olduğunu bildirir: «İzləyirlər. İnternetdə fəal olanları həbs edirlər, qorxudurlar, təzyiqlər var. Bir sıra həbslər, məhkəmələr də bunu göstərir. Sosial şəbəkələrdə istifadəçilər özlərinə çox ciddi senzura qoyurlar».

«Turan»ın direktoru dövlət idarələrində, eləcə də bir sıra böyük şirkət və qurumlarda işləyənlərin sosial şəbəkələrə və ya bəzi saytlara girmədiyini vurğulayır: «Çünki qorxurlar. Xəbərdarlıq ediblər onlara. Cəzalandırma var. «Azərbaycanda internet total şəkildə izlənir» deyə bilərik. Bu mənada internetlə bağlı ciddi problemlər var».

M.Əliyev fikrinə belə yekun vurur: «Azərbaycanda internetə giriş formal olaraq azaddır, ancaq nəyi oxuya bilərsən, nəyi yox, nədə iştirak edə bilərsən, hansı fikirləri söyləyə bilərsən, ya yox, bunu artıq hökumət yönəldir».

XS
SM
MD
LG