Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:48

"Pomidor əkənə deyəcəksən ki, “qiyməti sal?”


►Əli Əlirzayev: “Qiymət artımına qarşı inzibati yolla mübarizə aparmaq olmaz”

- Bu çörəyin çəkisi azalıb. Qiyməti də qaldırmısınız.

- Bizə belə gətiriblər, biz də belə satırıq.

Dekabrın 21-də manatın ikinci devalvasiyasından sonra satıcılarla alıcılar arasında oxşar dialoqlar dəfələrlə təkrarlanır. Kiçik ərzaq dükanı işlədən Şamil Həsənov deyir ki, qiyməti onun artırmadığını az qala hər kəsə başa salır.

– Mən də icarə haqqı verirəm. Dükanı icarəyə verən icarəhaqqını artırıb. Malgətirən şirkət qiyməti qaldırıb. Mən neyləyim, yağın, şəkərin, düyünün, hər şeyin qiymətini qaldırıblar, əvvəlki qiymətə mal sata bilmərəm ki...

Azərbaycan - prezident İlham Əliyev Azersun şirkətinin istixanasında. Arxiv
Azərbaycan - prezident İlham Əliyev Azersun şirkətinin istixanasında. Arxiv

Həmin təchizatçı şirkətlərdən biri «Azersun Holding» MMC-nin məhsulları da bahalanıb. Qurumun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov “modern.az”a müsahibəsində qiymət artımını xammalın 80-90 faizə yaxınını xaricdən valyuta ilə almaları ilə izah edib.

Buna da bax: MTN generalı həbs edildi

“VEYSƏLOĞLU”: “QİYMƏT ARTIMI 25-30 FAİZİ ÖTMƏYƏCƏK”

Bugünlərdə təchizatçı şirkətlərdən başqa biri “Veysəloğlu” şirkətlər qrupu da qiymətləri yenidən nəzərdən keçirəcəyini bəyan edib. Qurumun İctimaiyyətlə əlaqələr departamentinin direktoru İlham Məmmədzadə AzadlıqRadiosuna deyir ki, bəzi məhsulların qiyməti 25-30 faiz artıra bilərlər:

– Şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan manatın məzənnəsinə uyğun olaraq bəzi məhsulların qiymətinə yenidən baxacağıq. Hazırda konkret qiymət demək çətindir. Təxmini deyə bilərəm ki, qiymət artımı maksimum 20-30 faiz arasında olacaq. Məhsulun kateqoriyasından asılı olaraq 15 faiz də arta bilər. Ancaq bilirsiz ki, devalvasiya 47 faizin üstündədir. Bununla belə, bizim qiymətlərdə artım 25-30 faizi ötməyəcək.

HÖKUMƏT TƏDBİRLƏR PLANI HAZIRLAYIR

İqtisadiyyat və Sənaye Nazirliyi Baş Prokurorluqla birlikdə manatın məzənnəsində baş vermiş dəyişiklikdən sonra süni qiymət artımına qarşı Tədbirlər Planı hazırlayır.

Nazirlik və prokurorluq xəbərdarlıq edir ki, süni qiymət artımı və mal qıtlığı yaratmaqla vəziyyətdən sui-istifadə edən təsərrüfat subyektləri barədə ən ciddi tədbirlər görüləcək.

“Veysəloğlu”nun sözçüsü deyir ki, hökumətin bu addımına onlar yox, mütəxəssislər münasibət bildirməlidir. Ancaq onu da söyləyir ki, şirkətlər qrupu süni qiymət artımına getməyəcək.

Buna da bax: Polislər qətldə, basqında ittiham olunurlar

“POMİDOR ƏKƏNƏ DEYƏCƏKSƏN Kİ...”

Əli Əlirzayev
Əli Əlirzayev

İqtisadçı Əli Əlirzayev deyir ki, süni qiymət artımına qarşı mübarizə inzibati yolla aparıla bilməz:

– Bu mübarizə iqtisadi yolla aparılmalıdır. Özü də dövlətin əlində olan iqtisadi mexanizmlər yolu ilə həyata keçirilməlidir. Dövlətin əlində olan vergi, gömrük mexanizmi hərəkətə gətirilməlidir. Gömrük rüsumu endirilməlidir, sahibkara yardım edilməlidir, benzinin, qazın qiyməti salınmalıdır. Bunlar olsa, qiymət artımı baş verməyəcək. İnzibati yolla neyləmək olar? Pomidor əkənə deyəcəksən ki, “qiyməti sal?” Deyəcək ki, “enerjiyə, gübrəyə, əkməyə, yığmağa bir belə pul verirəm”. Qiymət artımı zəncirvari gedir. Odur, çörəyin çəkisini azaldırlar, qiymətini artırırlar, soruşanda da cavab verir ki, “xammalı başqa ölkədən gətirirəm”. Hər kəs məhsulunun qiymətini artıracaq, o da kimdənsə asılıdır. Hətta xidmət sahəsində də qiymətlər artacaq. Deyəcək ki, istehlak səbətim əvvəl 100 manatıydısa, indi 150 manatdır, mən də bunu çıxarmalıyam.

Əli Əlirzayevin sözlərinə görə, inzibati yolla rüşvətə, korrupsiyaya qarşı mübarizə aparılmalıdır, rəqabət mühiti yaradılmalıdır, inhisarçılığa son qoyulmalıdır.

Dekabrın 21-də manat ikinci dəfə devalvasiyaya uğradıqdan sonra malların qiyməti artıb.

Bakıda insanlar marketləri "süpürür"- [Fotolar]

XS
SM
MD
LG