Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:39

Boeing İranla 3 milyard dollarlıq daha bir saziş imzaladı


Boeing 737 MAX tipli təyyarələrin istehsalına 2015-ci ildə başlayıb
Boeing 737 MAX tipli təyyarələrin istehsalına 2015-ci ildə başlayıb

ABŞ təyyarə istehsalçısı Boeing şirkəti və Tehran arasında İrana 30 sərnişin təyyarəsinin satılmasını nəzərədə tutan 3 milyard dollarlıq kontrakt imzalanıb.

AzadlıqRadiosu bildirir ki, aprelin 4-də imzalanmış bu sənəd Donald Trump prezident olandan və İran üzərinə yeni sanksiyalar qoyandan bəri Amerika şirkəti ilə İslam Respublikası arasında bu qəbildən ilk sazişdir.

Bu kontrakta əsasən İranın böyüklüyünə görə üçüncü aviasiya şirkəti olan Aseman Ailines 30 ədəd 737 MAX tipli təyyarə alacaq. Saziş gələcəkdə şirkətə daha 30 təyyarənin satışını nəzərdə tutur.

Ötən dekabr ayında Boeing İranAir hava şirkətinə 16, 6 milyard dollar dəyərində olan 80 sərnişin təyyarəsinin satışına dair saziş imzalayıb.

ABŞ mediası yazır ki, Boeing-in İranla sazişləri Trump administrasiyası üçün yeni sınaq olacaq.

Trump bir tərəfdən Amerika istehsalçılarının sifarişlərlə təmin olunacağını, digər tərəfdən isə İrana münasibətdə sərt siyasət yürüdüləcəyini vəd edib.

Bu da qeyd olunur ki, Vaşinqton Boeing və Airbus şirkətlərinə İrana təyyarə satışı üçün icazəni ötən sentyabrda vermişdi.

“The Globe and Mail” yazır ki, sözü gedən son sövdələşməyə də ABŞ Maliyyə Nazirliyinin icazə verməsi lazım gələcək.

XS
SM
MD
LG