Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:59

Məkkə ölümləri: Rouhani Səudiyyəni tənqid, Erdoğan müdafiə etdi


İran prezidenti Hassan Rouhani BMT tribunasından Həcc basabasının araşdırılmasını tələb edib.

İran prezidenti Hassan Rouhani BMT Baş Assambleyasındakı çıxışında Məkkədə baş vermis faciəli basabasın tam təhqiq olunmasına çağırıb.

Cümə axşamı Həcc ziyarəti zamanı baş verən basabasda son məlumatlara görə 769 zəvvar həlak olub, daha 934 nəfər yaralanıb.

Ölənlərin 134 nəfəri İrandan gələnlərdir.

Lakin İranın Fars xəbər agentliyi hadisənin ardınca, İranın Livandakı səfiri Ghazanfar Roknabadi də daxil olmaqla 300-dək iranlının itkin sayıldığını iddia edib.

Prezident Rouhani hadisəni “ürək parçalayan” adlandırıb.

“Qəzavü-qədər”

Səudiyyə Ərəbistanının ali dini rəhbərliyi baş verənləri “insan iradəsindən kənar” qəza adlandırmışdı.

Kral Salman Həcc təhlükəsizliyi qaydalarına yenidən baxılmasına göstəriş verib.

İran və bir neçə başqa ölkə hadisədə məhz Səudiyyə hakimiyyətini günahlandırır.

Son məlumatlara görə Məkkədə ölənlərin sayı 769-a çatıb
Son məlumatlara görə Məkkədə ölənlərin sayı 769-a çatıb

Təhlilçilər bildirirlər ki, hətta bu hadisə baş vermədən də İran-Səudiyyə münasibətləri kifayət qədər gərgin idi.

İranın kəskin tənqidi Səudiyyənin daha acıqlı bəyanatlarına səbəb olub.

İslamda “qəzavü-qədər” anlayışı geniş qəbul edilsə də, bir sıra tənqidçilər bildirirlər ki, Səudiyyə Həcc ziyarətindən qazandığı milyardlarla dollar puldan zəvvarların təhlükəsizliyinin təminatı üçün lazımınca istifadə etmir.

Bir çox zəvvarları Səudiyyə Ərəbistanının faciədə az qala ölənləri günahlandırması hövsələdən çıxarır.

İran məhkəmə ilə hədələyir

Ölkənin böyük müftisi Sheikh Abdul Aziz bin-Abdullah al-Sheikh daxili işlər naziri, vəliəhd şahzadəMohammed bin Nayef-ə deyib ki, baş verən hadisə üçün o məsuliyyət daşımır. Şahzadə Nayef eyni zamanda Ali Həcc Komitəsinin sədri hesab olunur.

Türkiyə prezidenti Məkkə faciəsi məsələsində Səud kral ailəsini müdafiə edib
Türkiyə prezidenti Məkkə faciəsi məsələsində Səud kral ailəsini müdafiə edib

Bundan bir qədər əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurası səudları “səhlənkarlıqda” ittiham etmişdi, onları faciə üçün məsuliyyətlərini etiraf etməyə çağırmışdı.

İranın baş prokuroru Sayed Ibrahim Raisi isə bildirmişdi ki, Səud kral ailəsini törətdiyi “cinayətlərə” görə beynəlxalq məhkəmələrə verəcək”.

İranın nüfuzlu din xadimlərindən ayətullah Mohammad Emami Kashani isə Səudiyyə Ərəbistanını Həcc ziyarətini təşkil etməyi bacarmamaqda ittiham edib.

O deyib ki, Həccin təşkili müsəlman ölkələrinə həvalə olunmalıdır.

Erdoğan səudları müdafiə edir

Bu arada Türkiyə prezidenti Recep Tayyip Erdoğan Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb.

O deyib ki, baş vermis faciəyə görə Səudiyyənin ittiham edilməsi doğru yanaşma deyildir.

Prezident bildirib ki, səudlar Həccin təşkili üçün əllərindən gələni edirlər.

Maraqlıdır ki, prezidentin bu bəyanatından az əvvəl Erdoğanın hakim AKP partiyasının sədr müavini Mehmet Ali Şahin demişdi ki, Türkiyə Həcc ziyarətini daha yaxşı təşkil edə bilərdi.

Həcc basabasında ölənlərin ölkələr üzrə sayı:

İran: azı 134

Mərakeş: 87

Kamerun: azı 20

Niger: azı 19

Hindistan: 18

Misir: 37

Pakistan: 11

Çad: 11

Somali: 8 (media)

Seneqal: 5

Əlcəzair: 4

Tanzaniya: 4

Türkiyə: 4

İndoneziya: 3

Keniya: 3

Nigeriya: 3

Hollandiya: 1

Burundi: 1

XS
SM
MD
LG