Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:42

Ayətullah haqda mahnı oxumadığına görə döyülən məktəbli ölüb


Əsra Pənahi
Əsra Pənahi

İran Uşaqların Hüquqlarını Müdafiə Cəmiyyətinin məlumatına görə, etirazçılara divan tutulması nəticəsində azı 28 uşaq öldürülüb

İranın şimal-qərbindəki Ərdəbil şəhərində rejimin şəninə himni oxumayan 16 yaşlı məktəbli qız təhlükəsizlik qüvvələri tərəfindən döyülərkən aldığı xəsarətlərdən vəfat edib.

Xəbəri Telegram kanalında İran Müəllimlər Birliklərinin Koordinasiya Şurası təsdiqləyib. Ərdəbildəki məktəb oktyabrın 13-də təhlükəsizlik qüvvələrinin basqınına məruz qalıb. Əsra Pənahi həmin hadisə vaxtı döyülüb.

Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Yeddi şagird xəsarət alıb

Şuranın məlumatına görə, Ərdəbil şəhər hakimiyyəti "Şahid" orta məktəbinin şagirdlərini hökumətə dəstək nümayişinə aparıb, İranın Ali dini lideri Ayətulla Əli Xameneyini tərifləyən himni oxumaqlarını istəyiblər.

Şagirdlər imtina edəndə təhlükəsizlik qüvvələri hücum edərək çoxunu döyüblər. On şagird naməlum yerə aparılıb, yeddisi isə xəsarət alıb. Pənahinin oktyabrın 14-də xəstəxanada vəfat etdiyi bildirilir.

İran rəsmiləri isə təhlükəsizlik qüvvələrinin şagirdləri döyməsini təkzib ediblər.

İranda 1979-cu il İslam İnqilabından bəri rejimə qarşı ən böyük etirazlardan biri davam edir. Sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin vəfatı ölkə boyunca iğtişaşlara yol açıb. Əmini guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan, şahidlərin dediyinə görə, döyüləndən sonra vəfat edib. Hakimiyyət isə onun digər xəstəliklərdən öldüyünü deyir.

Ərdəbildə etirazlar

Hökumət narazılığı yatırtmaq üçün özünə dəstək nümayişləri təşkil etsə də, effekti olmayıb, insanlar küçələrə çıxmaqdadır. Təhlükəsizlik qüvvələri ölkə boyunca məktəblərdə də reydlər keçirib, şagirdləri, tələbələri, özəlliklə də qızları zorakılıqla həbs edib.

Ərdəbildə küçə etirazları davam edir. Sosial mediada yayılmış videolarda adamlar “Azadlıq, Azadlıq”, Xameneyiyə eyhamla “Diktatora ölüm” şüarları səsləndiriblər.


Keçmiş futbol ulduzu Əli Daei deputatları ölkədə baş verənlər haqda həqiqəti deməyə, hesabatlı olmağa çağırıb. Bundan öncə Ərdəbildən parlamentdə təmsilçi Kazım Musəvi Pənahinin döyüləndən sonra öldüyünü təkzib edib. Deputat DidbanIran xəbər saytına qızın intihar etdiyini söyləyib.

“Tarix yalançıları üzə çıxarır”, – Almaniyanın Bayern Munich komandasının keçmiş hücumçusu, İran yığmasının keçmiş kapitanı Daei deyib.

Azı 28 uşaq öldürülüb

İran Uşaqların Hüquqlarını Müdafiə Cəmiyyətinin məlumatına görə, etirazçılara divan tutulması nəticəsində azı 28 uşaq öldürülüb. Onların çoxunun imtiyazlardan məhrum Sistan-Baluçistan və Kürdüstan vilayətlərindən olduğu deyilir.

Osloda yerləşən İran İnsan Hüquqları Mərkəzinin məlumatına görə, iğtişaşlarda azı 215 nəfər öldürülüb. Avropa İttifaqı oktyabrın 17-də etirazlarçılara divan tutulmasını pisləyib, İranın informasiya nazirinə, əxlaq polisinə, aparıcı rəsmilərinə sanksiyaları açıqlayıb.

XS
SM
MD
LG