Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:13

İran milli valyutanın dörd sıfırını siləcək


İran parlamenti ABŞ sanksiyalarına və koronavirus pandemiyasına görə yaranmış hiperinflyasiyanın təsirlərini aradan qaldırmaq məqsədilə milli valyuta rialın 4 sıfırını silməyi nəzrədə tutan qanunvericilik aktını qəbul edib.

İran millət vəkilləri mayın 4-də habelə 1925-ci ildən bəri ölkənin milli valyutası olan rialı tümənlə əvəzləyəcək qanun layihəsinə səs veriblər.

1 tümən 10 min riala bərabər olacaq. Bununla da sözü gedən sıfırlar silinəcək.

Prezident Donald Trump 2018-ci ilin mayında Birləşmiş Ştatları birtərəfli qaydada 2015-ci il nüvə sazişindən çıxardıqdan sonra, Tehran üzərinə ABŞ sanksiyaları bərpa edilib.

İranla 6 dünya gücü arasında imzalanmış bu saziş onun üzərindəki beynəlxalq sanksiyaların qaldırlması müqabilində Tehranı özünün nüvə proqramını məhdudlaşdırmağa məcbur etməliydi.

Vaşinqtonun sanksiyaları bərpa etməsi İran iqtisadiyyatına ağır zərbə vurub.

Çəkisinin 60 faizini itirib

Son aylarda hiperinflyasiya nəticəsində rial öz çəkisinin 60 faizini itirib.

Əgər üç il bundan əvvəl 37 min rial 1 dollara bərabər idisə, 2019-cu ildə dolların məzənnəsi artıq 180 min riala qalxmışdı.

Mayın 4-ə olan məlumata görə 1 dollar 156 min riala bərabərdir.

Üstəlik İran koronavirus epidemiyasının ən ağır zərbəsinə məruz qüalan ölkələrdən biridir.

Monqol istilasından qalan ad

İndi qanun İranın qüdrətli Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiq edilməlidir.

Dövlət televiziyası bildirib ki, Mərkəzi Bankın “tümənə keçidi tam hazırlaması” üçün iki il vaxt lazım gələcək.

Rial İranda ilk dəfə olaraq tədavülə 1798-ci ildə buraxılıb. O vaxt rial nominal dəyəri 1250 dinar olan sikkələrlə buraxılırdı. Bu 1/8 tümən dəyərində idi.

1825-ci ildə rialın tədavülü dayandırılmış və 1932-ci ilədək İranın milli valyutası tümən olmuşdu.

“Tümən” sözü monqol mənşəlidir və “on min” mənasını verir.

Monqolustanda 10 minlik süvari qoşununu 1 tümən adlandırırdılar.

XS
SM
MD
LG