Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:19

İran rialı kəskin ucuzlaşıb


İyunun 23-də İran milli valyutasının dəyəri ABŞ dollarına nisbətdə kəskin düşüb.

Rial bundan əvvəl də ABŞ sanksiyalarına, neft qiymətlərinin kəskin düşməsinə və üstəlik də ölkəni sərt vurmuş koronavirus pandemiyasına görə çətin dövr yaşayırdı.

Bir gün ərzində 1 ABŞ dollarının dəyəri 205 min riala yüksəlib. Üç gün bundan əvvəl 1 dollar - 193 min 400 riala bərabər idi.

Buna baxmyaraq İran Mərkəzi Bankının saytındakı rəsmi məzənnə dəyişməz olaraq qalır: 1 dollar – 42 min rial.

İranın milli valyutası əslində Tehran 2015-ci ildə dünya gücləri ilə nüvə sazişi imzalayandan bəri çəki itirir.

ABŞ prezidenti Donald Trump 2018-ci ilin mayında Birləşmiş Ştatları sözü gedən sazişdən çıxardıqdan sonra Vaşinqtonun Tehran üzərinə sanksiyaları bərpa olunub.

Rialın hazırkı enişinə BMT-nin atom enerjisi agentliyinin Tehrandan nüvə müfəttişlərinin nüvə qurğuları olduğu güman edilən iki əraziyə buraxılmasını tələb etməsi səbəb olub.

İranda çox sayda insanın yoluxmasına və ölümünə səbəb olmuş koronavirus epidemiyası da iqtisadi vəziyyəti son dərəcə ağırlaşdırıb.

Lakin iyunun 23-də İran prezidenti Hassan Rohani narahatlığı aradan qaldımaq üçün rialın enməsini “müvəqqəti hal” adlandırıb və bunun “fundamental iqtisadi səbəbinin olmadığını” deyib.

İranda iyunun 23-də koronavirusa yoluxmadan daha 121 nəfər vəfat edib. Bu, son iki ayda ən yüksək bir günlük ölüm sayıdır.

COVID-19-dan ölən iranlıların ümumi sayı isə 9800 nədərə çatıb.

XS
SM
MD
LG