Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:30

ABŞ İran şirkətinə sanksiya açıqlayır


İran ordusunun dronu
İran ordusunun dronu

Birləşmiş Ştatlar Rusiyaya pilotsuz təyyarələrin çatdırılması üçün hərbi uçuşların koordinasiyasında suçladığı İran hava nəqliyyatı şirkətinə sanksiyalar tətbiq edib. Rusiyanın həmin dronlardan Ukraynada müharibəyə qarşı istifadə etdiyi bildirilir.

ABŞ Maliyyə Nazirliyi sanksiyaları sentyabrın 8-də açıqlayıb və bunun İran dronlarının hazırlanması, istehsalında rolu olan üç şirkətə də aid edildiyini deyib.

Departament Tehranda yerləşən "Safiran Airport Services" şirkətinin İran və Rusiya arasında koordinasiyalı uçuşlar vasitəsilə dronlar, kadrlar və müvafiq avadanlıq göndərdiyini bəyan edib.

Həmin üç şirkət "Paravar Pars Company", "Design and Manufacturing of Aircraft Engines (DAMA)" və "Baharestan Kish Company"dir.

İran dronlarında texniki problemlər çıxıb

ABŞ kəşfiyyat rəsmiləri Rusiya Ukraynada istifadə üçün İrandan yüzlərlə pilotsuz uçuş aparat əldə etmək niyyətində olduğunu müəyyənləşdirib.

Bayden administrasiyası ötən həftə bildirib ki, Rusiya avqustda Tehrandan alınan İran istehsalı dronlarla bağlı texniki problemlərlə qarşılaşıb. Maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelsonun bəyanatında deyilir ki, "Xəzinədarlıq Departamenti Rusiya və İrana sanksiyaları ciddi şəkildə tətbiq edəcək, İrandan və Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyənlərdən bunun hesabını istəyəcək".

Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı əsassız müharibəni davam etdirmək üçün "bizim görülməmiş sanksiyalarımız və ixrac nəzarətimiz qarşısında" getdikcə daha ümidsiz seçimlərə əl atır.

Bu sanksiyalar İranla ABŞ-ın 2015-ci il nüvə sazişini dirçəltməyi hədəfləyən danışıqlarda böyük proqresin əldə olunmadığı bir vaxtda açıqlanır. Həmin saziş İranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu. Vaşinqton 2018-ci ildə sazişdən birtərəfli qaydada çıxaraq Tehrana sanksiyaları bərpa edib.

XS
SM
MD
LG