Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:16

İranı Beynəlxalq Məhkəməyə verdilər


Kiyevdə 8 yanvar 2020-ci il insidentinin qurbanları yad edilir
Kiyevdə 8 yanvar 2020-ci il insidentinin qurbanları yad edilir

Birləşmiş Krallıq, Kanada, İsveç və Ukrayna iyulun 5-də İranın Ukraynanın sərnişin təyyarəsini vurub salması ilə bağlı BMT-nin ən ali məhkəməsinə - Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) müraciət ediblər.

2020-ci ilə baş vermiş bu insident nəticəsində 176 sərnişin həlak olmuşdu.

AP yazır ki, sözü gedən dörd ölkə BƏM-in Ukrayna Beynəlxalq Hava Yolları şirkətinin təyyarəsinin İran tərəfindən qanunsuz olaraq vurulmasına dair qərar çıxarmasını, İranın üzr istəməsini və qurbanların ailələri üçün təzminatı ödəməsini istəyir.

8 yanvar 2020-ci ildə PS752 nömrəli reyslə Tehrandan Kiyevə uçan təyyarə havaya qalxdıqdan az sonra vurulub.

Təyyarədə həlak olanlar Kanada, İsveç, Britaniya, habelə Əfqanıstan və İran vətəndaşları idilər. Qurbanlardan ən kiçiyinin 1, ən böyüyünün isə 74 yaşı vardı.

İnsident

Birləşmiş Krallıq, Kanada, İsveç və Ukrayna vəkilləri deyiblər ki, onların BƏM-ə müraciətinə səbəb İranın arbitrasiya üçün müraciətə cavab verməməsidir.

İran 2020-ci ilin yanvarında təyyarənin vurulmasını dörd gün ərzində inkar edəndən sonra Ukrayna təyyarəsinin İnqilab Keşikçiləri tərəfindən yer-göy raketi ilə səhvən vurulduğunu etiraf edib.

Tehran bildirirdi ki, havadan müdafiə operatoru Boeing 737-800 təyayrəsini ABŞ-ın ballistik qanadlı raketi ilə səhv salıb.

İran məhkəməsi təyyarənin vurulmasına görə məsuliyyət daşıdığı deyilən hava qüvvələri komandirini 13 il müddətinə azadlıqdan məhrum edib.

Həmin gün İran İraqa raket atırdı

Lakin Haaqadakı dünya məhkəməsinə müraciət etmiş ölkələr israr edirlər ki, İran məhkəməsi “saxta şou səciyyəsi” daşıyıb.

Birləşmiş Krallıq, Kanada, İsveç və Ukraynanın BƏM-ə müraciətində deyilir ki, İran “təyyarənin qanunsuz vuruşmasının qarşısının alınması üçün bütün lazımi prosedurları həyata keçirməyib və bu işə görə keçirilən mühakimə beynəlxalq standartlara uyğun olmayıb".

Şikayət ərizəsində bu da iddia olunur ki, İran mühüm dəlil-sübutları bilərəkdən məhv edib, qurbanların ədalət axtaran yaxınlarını təhdid edib.

Vurğulanır ki, İran təyyarənin vurulmasına dair hesabatı Beynəlxalq Mülki Aviasiya Təşkilatına təqdim etməyib.

Sərnişin təyyarəsinin vurulduğu gün İran İraqda mənzillənmiş ABŞ hərbi bazalarına qanadlı raket zərbələri endirirdi.

Bundan əvvəl İran generalı Qasem Süleymanı ABŞ dronunun zərbəsi ilə öldürülmüşdü.

XS
SM
MD
LG