Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:37

İranda yeniyetmə etirazçıya iki ölüm hökmü çıxarılıb


İranda etirazlar başlanandan iki nəfər ictimaiyyətin iştirakilə edam olunub
İranda etirazlar başlanandan iki nəfər ictimaiyyətin iştirakilə edam olunub

İnsan haqları müdafiəçilərinin HRANA xəbər agentliyi bildirir ki, İslam İnqilab Məhkəməsi yanvarın 1-də 18 yaşlı etirazçı barəsində iki ölüm cəzası hökmü çaxarıb.

Xəbərdə deyilir ki, Mehdi Məhəmmədifərd sentaybrın 30-da İranın şimalındakı Novşəhr şəhərində keçirilən etiraz aksiyaları ilə bağlı həbs edilmişdi.

O sentyabrın 21-də etiraz nümayişinin təşkilinə kömək və başçılıq etməkdə ittiham olunur.

Bəzi xəbərlərə görə Məhəmmədifərdə vəkil xidmətindən istifadə etmək imkanı verilməyib və o dövlətin verdiyi müdafiəçini qəbul etməyə məcbur edilib.

Məhəmmədifərdin ailəsinə yaxın mənbələr Hranaya bildiriblər ki, o təqsirini işgəncə altında etiraf edib və onun cinayətini sübut edən heç bir sənəd yoxdur.

Qəbirstanlığa hücum

İranın Qərbindəki Cavanrud şəhərindən alınan xəbərlrədə deyilir ki, orada təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüş 7 etirazçının qırxı mərasimindən bəri kommendant saatına bənzər məhdudiyyət qoyulub.

Yanvarın 1-də şəhərə təhlükəsizlik qüvvələri və İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) əsgərləri yeridilib.

Təhlükəsizlik qüvvələri bu şəhərdə etiraz aksiyaları başlayandan bəri nümayişçilərə divan tutublar.

Yerlilər təhlükəsizlik qüvvələrini Kirmanşah ostanının Cavanrud şəhərində etirazların dağıdılması üçün döyüş güllərindən istifadə etməkdə və kütləvi həbslərdə ittiham edirlər.

Burada təhlükəsizlik qüvvələri dekabrın 31-də şəhər qəbirstanlığına hücum edəndən və 40 mərasiminə toplaşanları dağıtmağa çalışandan sonra etirazlar daha da güclənib.

Təhlükəsizlik qüvvələri yığıncağın dağıdılması üçün döyüş güllələrindən və gözyaşardıcı qazdan istifadə edib.

Döyüş güllələri

İranın qərbindəki Kürdüstan regionunu monitorinq edən Kürdüstan İnsan Haqları Şəbəkəsi yanvarın 1-də 16 yaşlı Arman Əhmədi də daxil azı 15 nəfərin güllə və qırmalardan yaralandığını bildirib.

Bəzi xəbərlərə görə bu yaxınlarda həbs olunmuş və sonra müvəqqəti olaraq sərbəst buraxılmış Mehdi Zareyi Əşkezari vəfat edib.

Onun dekarın 31-də dogma şəhəri Əşkezaridə dəfn olunduğu deyilir.

AzadlıqRadiosunun farsdilli Fərda redaksiyası bildirir ki, bir çox həbs edilənlərin ailələri hakimiyyət orqanlarına hədəf olmamaq üçün şikayət etmirlər.

Beynəlxalq Jurnalistlər Federasiyası bildirir ki, bu yaxınlarda saxlanmış Mehdi Qədimi də daxil indiyədək İranda azı 58 jurnalist həbs olunub.

Qədiminin dostları və həmkarları deyirlər ki, o yanvarın 1-də öz evində həbs edilib.

İran ədiyyəsi hələki Qədimiyə qarşı irəli sürülmüş ittihamlar barədə heç nə deməyib.

XS
SM
MD
LG