Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:20

Milyarder qaçqınlar üçün ada almaq istəyir


Naguib Sawiris Dünya İqtisadi Forumunda
Naguib Sawiris Dünya İqtisadi Forumunda

Ziddiyyətli Misir milyarderi İtaliya və ya Yunanıstandan ada almaq istəyir ki, miqrantlar burada öz yeni müstəqil ölkələrini qursunlar

-

Misirli telekommunikasiya maqnatı Naguib Sawiris deyib ki, Yaxın şərqdən olan qaçqınlar üçün almaq niyyətində olduğu adaya 100 milyon dollar xərcləməyə hazırdır.

Öz təşəbbüsü barədə Tvitterdə yazan iş adamı Naguib Sawiris deyib ki, Yunanıstan və ya İtaliya ona hər hansı adalarından birini satarsa, o, həmin adanı müstəqil ölkə elan edərək münaqişələrdən qaçan minlərlə insanı yerləşdirəcək.

“Aylan adası”

Milyarder elan edib ki, yeni ada-ölkə bu günlərdə dənizdə boğulmuş 4 yaşlı miqrant uşaq Aylan-ın adını daşıyacaq.

Aralıq dənizində boğulmuş Aylan və qardaşı Galip
Aralıq dənizində boğulmuş Aylan və qardaşı Galip

Balaca suriyalının dəniz sahilində düşüb qalmış cəsədinin ürəkparçalayan fotosu bütün dünyanı dolaşmışdı.

Sawiris televizya müsahibəsində deyib ki, bu təkliflə İtaliya və Yunanıstan hökumətlərinə müraciət etməyə hazırlaşır.

“Orada onlarca atılmış və istifadəsiz ada var. Bu adalarda yüz minlərlə qaçqın məskunlaşıdırıla bilərdi” – deyib milyarder.

Ailəlidir, 4 uşağı var, xristiandır...

Sawiris bildirib ki, bir adanın qiyməti on milyonla 100 milyon dollar arasındadır və o, alacağı adada infrastrukturun yaradılması xərclərini də öz üzərinə götürəcək.

Sawiris ailəsi Misirin Qırmızı dəniz sahilindəki məşhur El Quna kurortunun əsasını qoyub.

Orada onlarca atılmış və istifadəsiz ada var. Bu adalarda yüz minlərlə qaçqın məskunlaşıdırıla bilərdi

İş adamı bildirib ki, adanın alınması prosesində siyasi-diplomatik çətinliklərin ola biləcəyindən xəbərdardır.

Sawiris bir sıra Yaxın Şərq və Şimali Afrika ölkələrində fəaliyyət göstərən Orascom TMT mobil telefon şirkətinin baş icraçı direktorudur.

O həmçinin Misirdə bir televiziya kanalının sahibidir. Onun sərvətinin 3 milyard dollar olduğu təxmin edilir.

Sawiris Qahirədə yaşayır, ailəlidir və 4 uşağı var. Xristiandır.

Mickey Mouse-a görə ölüm fətvası

International Business Times yazır ki, o, öz ailəsinin ən varlı üzvü deyil.

Ondan kiçik qardaşı Nassef Misirin ən zəngin adamıdır və o dünya varlılarının siyahısında 225-ci yerdədir.

İB Times bunu da qeyd edir ki, Sawiris indiyədək bir neçə ziddiyyətlərə səbəb olub.

El Quna kurort şəhəri
El Quna kurort şəhəri

2011-ci ilin iyununda saqqallı Mickey Mouse və hicablı Minnie obrazlarının şəklini tvit etdiyinə görə ölkənin bəzi din xadimləri onun barəsində ölüm fətvası veriblər. Ona qarşı küfr ittihamı irəli sürülüb.

Bundan başqa onun müxtəlif qadınlarla göbək rəqsi oynadığını göstərən videoların yayılması qalmaqala səbəb olub.

Sawiris habelə ölkənin inqilab sonrası siyasi həyatına da atılıb və Azad Misirlilər Partiyasını təsis edib.

Xəbər verilir ki, Misirin kopt xristian azlığından olan Sawiris Müsəlman Qardaşlığı təşkilatının və keçmiş prezident Morsi-nin əleyhinə çıxıb və yeni prezident Abdel Fateh Al-Sisi-nin hakimiyyətə gəlməsini dəstəkləyib.

XS
SM
MD
LG