Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:04

İsrailin NSO şirkətinin  ofislərində ‘axtarış’ aparıldığı deyilir


NSO Group şirkətinin Tel Əviv yaxınlığındakı qərargahı
NSO Group şirkətinin Tel Əviv yaxınlığındakı qərargahı

Bu şirkətin istehsalı olan Pegasus proqramından istifadıə edilərək minlərlə siyasətçi, biznesmen və jurnalistin mobil telefonları dinlənib

İsrailin xüsusi xidmətləri NSO Group şirkətinin ofislərində axtarış aparıblar.

Bu şirkətin istehsalı olan Pegasus proqramından istifadıə edilərək minlərlə siyasətçi, biznesmen və jurnalistin mobil telefonları dinlənib.

Bu barədə məlumatı İsralin Müdafiə Nazirliyi yayıb.

Bundan əvvəl bu ayın əvvəllərində Forbidden Stories təşkilatı və bir neçə media qurumu İsrail şirkətinin proqramından istifadə ilə hətta Fransa prezidenti Emmanuel Makron da daxil bir neçə dövlət başçısının telefonlarının izləndiyini xəbər vermişdi.

NSO Group ofislərində axtarış keçirilməsi barədə xəbəri təsdiq edib və bildirib ki, bu yoxlamanı alqışlayır.

Bununla belə şirkət onun Pegasus casus proqramından jurnalist və siyasətçilərin izlənməsi üçün istifadə edildiyinə dair iddiaları rədd edib.

Şirkət bildirib ki, onun proqramı terrorçular və kriminallara qarşı mübarizə üçün nəzərdə tutulub.

İsrail hökumətinin maraqlı olduğu şirkət

İsrailin Calcalist qəzeti mənbələrə istinadən yazır ki, NSO Group şirkətinə ona qarşı istintaq hərəkətlərinə başlanmasına dair əvvəlcədən xəbərdarlıq edilib.

Qəzet iddia edir ki, sənədlərin yoxlanması da lazımi qaydada keçirilməyib və şirkətin ofislərində reyd və ya axtarış yox, sadəcə şirkət rəhbərliyi ilə hüquq-mühafizə nümayəndələri arasında “görüş” olub.

Jurnalistlər qeyd edirlər ki, İsralin Müdafiə Nazirliyi NSO Group şirkətinin işləməsində maraqlıdır və əvvəllər artıq bir neçə dəfə şirkəti məhkəmə iddialarından himayə edib.

Bu da qeyd olunur ki, bundan bir gün əvvəl İsrailin müdafiə naziri Beni Qantz Fransaya səfərindən əvvəl Pegasus proqramı barədə təhqiqat aparılacağını vəd etmişdi.

Siyahıda olmaq, hələ güdülmək demək deyildir

Pegasus proqramı məxfi olaraq mobil telefonlara müdaxilə edə, elektron məktubları, zəng və SMS-ləri izləyə bilir.

Bəzi hallarda bu proqram kənardan smartfonların mikrorofonlarını açmaq qabiliyyətinə malikdir.

Bu proqramdan qətlə yetirilmiş səudiyyəli şərhçi Camal Xaşoqqiyə yaxın adamların smartfonlarına müdaxilə üçün istifadə edildiyi deyilir.

Telefonlarına bu yolla casus müdaxiləsi edilmiş jurnalistlərin arasında CNN, Associated Press, Voice of America, New York Times, Wall Street Journal, Bloomberg News, Le Monde, Financial Times и Al Jazeera kimi media təşkilatlarının müxbirləri var.

Telefonlarına müdaxilə edilmiş 65 biznesmen, 85 insan haqları müdafiəçisi və 600-dən çox siyasətçinin olduğu məlumdur.

Necə etmək olar ki, telefonunuz izlənməsin - İT mütəxəssisi
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

The Guardian yazır ki, bu siyahılarda adları olanların heç də hamısının telefonları izlənməyib, amma siiyahının özü İsraildən belə casus avadanlığı almış hökumətlərin “marağında olan şəxslərin” kimliyinə işıq salır.

NSO Group şirkətinin müştərilərinin arasında Azərbaycan hökumətinin də adı var. Fransa və Macarıstanda qalmaqalla bağlı cinayət işlərinə başlansa da, rəsmi Bakıdan xəbərlərlə bağlı heç bir şərh verilməyib.

XS
SM
MD
LG