Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:36

Prokurorlar İstanbul merinin həbsini istəyirlər


Ekrem İmamoğlu
Ekrem İmamoğlu

Türkiyədə prokurorlar noyabrın 11-də İstanbul merinin azı 15 ay həbs olunması ilə nəticələnə biləcək ittiham irəli sürüblər

Türkiyədə prokurorlar noyabrın 11-də İstanbul merinin azı 15 ay həbs olunması ilə nəticələnə biləcək ittiham irəli sürüblər.

AFP agentliyinə bu barədə məlumatı Ekrem İmamoğlunun vəkili verib.

O İstanbul merliyinə seçkidə prezident Recep Tayyip Ərdoğanın müttəfiqi olan namizədə qalib gəldikdən sonra seçki rəsmilərini təhqir etməkdə ittiham olunur.

Ana müxalifətin CHP partiyasının üzvü olan Ekrem İmamoğlu bu ziddiyyətli ittiham üzrə noyabrın 11-də keçirilən məhkəmə dinləməsinə gəlməyib.

Məhkəmə dinləməsi dekabrın 14-ə keçirilib.

O seçkidən sonra

AFP xatırladır ki, 2019-cu ilin martında keçirilən həmin seçkinin nəticələri ləğv olunmuşdu.

İmamoğlunun vəkili Kemal Polat deyib ki, prokurorlar onun 15 ay müdddətinə azadlıqdan məhrum edilməsini istəyirlər.

Bu da qeyd olunur ki, bu iş üzrə hökm azadlıqdan məhrumetmə dövrü üçün İmamoğlunu ofisindən də məhrum edə bilər.

İmamoğlu Türkiyə mediasına bildirib ki, ona qarşı ittihama xitam veriləcəyinə ümid edir.

İlham Əliyevə istefa şüarları- Bakıda etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

“Bu məhkəmə işindən utanıram”

Özü bir vaxtlar siyasi karyerasına İstanbul meri kimi başlamış Ərdoğan 2019-cu il seçkisinin nəticəsini tanımaqdan imtina etmişdi.

Həmin seçkinin səsləri yenidən sayılmış və təkrar seçki çağırılmışdı. Bu qərar İmamoğlunun tərəfdarlarını hiddətləndirmişdi.

İmamoğlu təkrar seçkidə qalib gəlsə də hakim AK partiyaya hiddətini gizlətməmişdi.

O seçki nəticələrini ləğv edən Ali Seçki Şurasının sədri Süleyman Soylunu “axmaq” adlandırmaqda ittiham olunur.

İstanbul meri noyabrın 11-də Fox TV kanalına Türkiyənin ədliyyə sisteminə inandığını bilirib:

"Mən başıma gələ biləcək şeylərdən qorxmuram, amma bu məhkəmə işindən utanıram. Bu tragikomediaydır”.

Xalq artisti Vidadi Həsənov: 'Nazir gəlib görsə ki, aktyorlar necə az maaş alır...'
Gözlə

No media source currently available

0:00 0:22:37 0:00

Kılıçdaroğluna da ittiham var

Bundan bir həftə əvvəl CHP-nin sədri və prezidentliyə potensial namizəd Kemal Kılıçdaroğlu demişdi ki, ona yeni informasiya qanununa uyğun olaraq “düzgün olmayan məlumatları yaymaq” ittihamı irəli sürülüb.

Əgər bu ittiham üzrə təqsirli bilinərsə, Kılıçdaroğlu prezident yarışına qatılmaqdan məhrum ola bilər.

O AKP hökumətini ölkənin xarici borclarını ödəmək məqsədilə narkotik ticarəti üçün məsuliyyət daşımaqda ittiham etmişdi.

İmamoğlu məsələsinə toxunan Kılıcdaroğlu deyib ki, hakimiyyət “bizim merimizi siyasi fəaliyyətin bütün formalarından məhrum etmək istəyir”.

Opponentləri Ərdoğanı qarşıdan gələn seçki ərəfəsində yeni informasiya qanunu ilə tənqidçilərini susdurmaq cəhdində ittiham edirlər.

XS
SM
MD
LG