Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:13

Suda tariflər artırılmayıb, birləşdirilib


Içməli su
Içməli su

Tarif (qiymət) Şurası bildirir ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin qiymətləri artırılmayıb.

Şardan verilən məlumata görə, bu barədə mediada yanlış məlumatlar yayılır. Tariflərin birləşdirilməsi tarif artımı kimi təqdim olunur.

«Bu il mayın 13-də «Azəristiliktəchizat» ASC üzrə 1 kubmetr su təchizatına görə tariflər dəyişdirilib. Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 0.35 manat, digər inzibati ərazi vahidləri üzrə isə 0.30 manat, tullantı sularının axıdılması xidmətinə görə isə 0.15 manat təsdiq edilib»,-deyə məlumatda xatırladılır.

Şura bu il noyabrın 28-i həmin qərara dəyişiklik edildiyini bildirir. Məlumatda deyilir ki, «Azəristiliktəchizat» ASC-nin «Azərsu» ASC-dən aldığı su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə tariflər birləşdirilərək vahid tarif təsdiq edilib. «Bu iki subyekt arasında 1 kubmetr su təchizatı və tullantı sularının axıdılması tarifləri Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə 0.50 manat (0.35 manat + 0.15 manat), digər inzibati ərazi vahidləri üzrə isə 0.45 manat (0.30 manat + 0.15 manat) olmaqla birləşdirilərək əvvəlki səviyyədə saxlanılıb», -deyə Şuranın məlumatında vurğulanır.

+++

Yanvarın 1-dən “Azəristiliktəchizat” ASC-yə verilən suyun qiyməti də bahalaşacaq.

Noyabrın 28-də Tarif Şurası elektrik və qazın qiymətini qaldıranda “Azəristiliktəchizat”a verilən suyun qiymətini də bahalaşdırıb.

Tarif Şurası-nın noyabrın 28-də keçirdiyi qərarına görə, “Azəristiliktəchizat” “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 2016-cı il 13 may tarixli 6 nömrəli Qərarına dəyişiklik edib.

Dəyişikliklərə əsasən, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə 1 kub metr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat təsdiq edilib.

Daha öncə bu qiymətlər 35 və 30 qəpik idi, yəni qiymət 1 kubmetr su təchizatına görə 15 qəpik artırılıb.

XS
SM
MD
LG