Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:39

Rusiyalıların 213 milyard dolları da İsveçrə ofşorlarında 'tapıldı'


İsveçrə frankı
İsveçrə frankı

İsveçrə üçün belə bir açıqlama nadir hadisədir. Bu ölkənin bankları bir qayda olaraq müştərilərin hesabları barədə məlumatları açıqlamırlar

İsveçrənin məxfi bank hesablarında Rusiyaya məxsus daha 213 milyard dollar saxlanırmış.

Rusiyaya beynəlxalq sanksiyaların qoyulduğu bir vaxtda bu barədə təxminlərini İsveçrənin banklar assosiasiyası bildirib.

İsveçrə Bankirlər Assosiasiyasının (SBA) təxminlərinə görə İsveçrə ofşorlarında rusiyalı müştərilərin 150 milyardla 200 milyard İsveçrə frankı arasında sərvəti saxlanır.

Reuters agentliyinin yazdığına görə bu ondan xəbər verir ki, zəngin rusiyalıların İsveçrənin ofşor hesablarında saxlanan pullarının məbləği adi hesablarda saxlanan vəsaitdən qat-qat çox imiş.

İsveçrə üçün belə bir açıqlama nadir hadisədir. Bu ölkənin bankları bir qayda olaraq müştərilərin hesabları barədə məlumatları açıqlamırlar.

İndi isə Rusiyanın Ukraynaya hücumundan sonra Moskvanın üzərinə Avropa İttifaqının ağır sanksiyalarının qoyulması bu məsələni İsveçrədə də gündəmə gətirib.

Reuters yazır ki, bu məsələ son günlərdə İsveçrənin siyasi həyatında qızğın debatlara yol açıb.

Putinin “pul krantını” bağlamaq

İsveçrə sosial-demokratlarının lideri Mattea Meyer hökumətdən Putin və onun hökumətinə yaxın şəxslərə aid bütün bank hesablarının ictimailəşdirilməsini tələb edib.

Xanım Meyer deyib:

“Bu pulların bir hissəsi də Kremlə sədaqətli oliqarxlara aiddir. Onların pulu və fəaliyyəti müharibənin maliyyələşdirilməsinə kömək edir”.

Siyasətçi bildirib ki, İsveçrə “bu pul krantının bağlanması üçün əlindən gələni etməlidir”.

SBA-nın təxminləri həm də Rusiyaya qarşı qoyulmuş maliyyə sanksiyalarının miqyasını nümayiş etdirir.

Bu da xəbər verilir ki, Avropa İttifaqının sanksiyaları getdikcıə daha çox İsveçrə bankını hədəfə alır.

Təhlilçilər bildirirlər ki, açıqlanmış məlumatlar rusiyalı müştərilərin pullarına həbs qoyulmasının texniki baxımdan tamamilə mümkünlüyünü göstərir.

Banklar rusiyalı müştərilərin hesablarına dair siyahıların az qala hər gün daxil olduğunu bildirirlər.

XS
SM
MD
LG