Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:33

Kadırov Zakayevi hədələyib: ‘Bir də atamın adını çəksən...’


Ramzan Kadırov ötən avqustda atası Axmad Kadırovun plakatı önündə çıxış edərkən
Ramzan Kadırov ötən avqustda atası Axmad Kadırovun plakatı önündə çıxış edərkən

Çeçenistanın başçısı Ramzan Kadırov Britaniyada yaşayan çeçen dissident Axmed Zakayevi ona divan tutacağı ilə hədələyib

Çeçenistanın başçısı Ramzan Kadırov Britaniyada yaşayan çeçen dissident Axmed Zakayevi ona divan tutacağı ilə hədələyib.

CurrentTime yazır ki, Kadırov bu hədəni Çeçen Respublikası parlamentinin spikeri Maqomed Daudovla birgə efir vaxtı səsləndirib:

"Əgər bir də sən mənim atamın adını çəksən, görərsən sənə nə olacaq. Əgər bu dünya od tutub yansa da, bir də atamın adını çəksən sənə od vuracağam. Sən kişi deyilsən və onun adını çəkməyə layiq deyilsən. Sənin heç vaxt öz fikrin olmayıb, sən toyuq kimisən, həmişə daha yaxşı olanların arxasında gizlənmisən”.

Kadırov iddia edir ki, 2002-ci ildən Britaniyada yaşayan Zakayev vətənə dönmək barədə vədinə əməl etməyib.

Çeçenistan başçısının fikrincə onun tənqidçiləri elə buna çalışırlar ki, sosial mediada hədələnsinlər və müxtəlif ölkələrdə siyasi sığınacaq ala bilsinlər.

Kadırov rəqiblərinə belə müraciət edib:

"Biz sizi öldürməyəcəyik, siz bizə sağ-salamat lazımsınız. Biz sizi vətənə qaytaracaq və adamların qarşısında diz çökdürəcəyik. Hələ ölməyin, özünüzü oralarda koronavirusdan qoruyun, keçilər”.

Ahmed Zakayev tanınmamış separatçı İçkeriya Respublikasının xarici işlər naziriydi.

2001-ci ildə Rusiya Federasiyasının Baş Prokurorluğu onu terror ittihamı ilə axtarışa verib.

Lakin 2003-cü ildə London məhkəməsi Zakayevin Rusiyaya ekstradisiya olunmaması barədə qərar çıxarıb.

Məhkəmə bildirib ki, Zakayev özünün bir sıra siyasi baxışlarına görə təqib olunur.

Bundan sonra Zakayevə Britaniyada siyasi sığınacaq verilib.

İki bacısı və iki qardaşı saxlanıb

Zakayev dəfələrlə Çeçenistanın indiki rəhbərliyini və şəxsən Ramzan Kadırovu tənqid edib.

Ötən ilin sentyabrında Çeçenistanın hüquq-mühafizə əməkdaşları Axmed Zakayevin iki qardaşını və iki bacısını həbs edərək naməlum istiqamətdə aparıblar.

Zakayev hesab edir ki, onların saxlanması onun 1ADAT Telegram kanalını dəstəkləməsi ilə bağlıdır.

Bu kanalda Çeçenistanda insan haqlarının pozulması, işgəncələr və qanunsuz həbslər barədə məlumatlar dərc olunur.

https://www.currenttime.tv/a/kadyrov-zakaev/31461993.html

XS
SM
MD
LG