Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:30

Kalva kəndinin iki çağrılmayan qonağı var: soyuq və zülmət


Arxiv fotosu.
Arxiv fotosu.

“Soyuqdan donuruq, iki gündür işıq da kəsilib. Deyirlər, qara görədir. Çox dözülməz durumdayıq”.

Ağsunun Kalva kənd sakinləri AzadlıqRadiosu-na bildiriblər ki, fevralın 11-i axşam saatlarından işıqsız qalıblar.

“YOLLAR KEÇİLMƏZDİR”

Fevralın 13-də kalvalıların uşaqları məktəbə də getməyib. Səbəb yolların qarla bağlanması və belə şaxtalı, qarlı havada kənd məktəbində şagirdlərə əlverişli şəraitin olmamasıdır. Hər halda, kənd sakinləri belə deyir.

Buna da bax:​ 'Hökumətlə çəkişmə növbəsi bizə çatdı'

Pakizə Həsənovanın sözlərinə görə, hazırda Kalvada həyat donub:

“Qaz onsuz da yox idi, indi işıq da sönüb. Onsuz da neçə gün idi sönürdü, yanırdı. İndi uzunmüddətli sönüb. Bütün inzibati binaların qapısı bağlıdır. Yollar keçilməzdir. Avtomobillərin hərəkəti dayanıb. Kənddə çörək də yoxdur. Qonşu kəndlərə getmək imkansızdır. Birini sancı tutsa, mərkəzə çatdırmağa imkan yoxdur. İstədiyimiz budur ki, heç olmasa, belə durumda kəndə həkim briqadası göndərsinlər. Yiyəsiz qalmışıq”.

“İKİ GÜNDÜR ÇÖRƏKSİZ QALMIŞIQ”

Buna da bax:​ Gəncədəki Kanada qovağı aylardır günlərini sayır...

Rayonun Dilman kəndində də eyni vəziyyətdir. Kənd sakini Sərxan İsmayılov danışır:

“Yolların təmizlənməməsi üzündən adamlar evlərindən çölə çıxa bilmir. İki gündür çörəksiz qalmışıq. Çörəkdaşıyan maşınlar kəndə gəlmir. 3 gündür sularımız donub, yenə yollara görə kəndə su maşını gəlmir. Bu, hər il belədir. İşıq yoxdur. Deyirlər, bir neçə kəndin işığı eyni ana xətti ilə gəlib keçir bizim kənddən. Ona görə bizdən başqa daha bir neçə kənddə işıq yoxdur. Vəziyyətimiz acınacaqlıdır. Kənddə bir aptek yox, həkim yox…”

Buna da bax:​ 'Qar əridi, gölün səviyyəsi bir az da qalxdı' [video]

Ağsu rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, rayonun bir neçə dağlıq kəndində elektrik xətlərində problem yaranıb. Ancaq inzibati binalar əvvəlki qaydada fəaliyyətini davam etdirir: “Yollar da açıqdır, çörək də var, su da var”, – qurumdan bildirilib. O da əlavə edilib ki, hazırda kəndlərdəki əsas yollar qardan təmizlənir.

XS
SM
MD
LG