Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:07

BMT Təhlükəsizlik Şurası Ukraynanı müzakirə edəcək


Kiyevdə Ukraynanın müttəfiqlərinə minnətdarlıq aksiyası
Kiyevdə Ukraynanın müttəfiqlərinə minnətdarlıq aksiyası

Kanadanın Ukraynada hərbi təlim missiyası tərkibində 200-dək əsgəri var.

Britaniyanın Baş naziri Boris Conson deyir ki, rusiyalı həmkarı Vladimir Putini təhlükəli oyundan geri çəkilməyə çağıracaq. Bu arada Britaniya Kremlə yaxın şəxsləri sərt sanksiyalarla hədələyir.

Moskvanın Ukrayna ilə sərhədə 100 mindən çox əsgər yığması mümkün hərbi hücuma hazırlıq kimi yozulur. Rusiya isə belə bir planı olmadığını deyir.

“Əvvəl söylədiyim kimi, Prezident Putinə deyəcəyəm ki, hamımızın təhlükəli oyundan geri çəkilməyimiz lazımdır. Rusiyanın müharibə astanasından dönməyinin gərəkdiyini düşünürəm”, – Conson Rusiya lideri ilə gözlənən telefon söhbəti öncəsi jurnalistlərə deyib.

Putinin özünə qarşı da sanksiyalar qoyula bilər
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Fevralın 1-də isə Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon söhbəti gözlənir.

Yanvarın 31-də BMT-nin Təhlükəsizlik Şurası Ukraynanı müzakirə edəcək.

Birləşmiş Ştatlar və Britaniya Rusiyanı “məhvedici” iqtisadi sanksiyalarla hədələyir. Vaşinqton müttəfiqləri ilə Ukraynaya hər hansı hücumu önləmək üçün cəhdləri gücləndirirlər.

Britaniyanın sanksiya hədəsinə isə Moskva “qarşılıqlı tədbirlər”lə cavab verəcəyini bildirib.

“Bu tədbirlər bizim maraqlarımıza əsaslanacaq”, – Kremlin sözçüsü Dmitri Peskov deyib.

***

Kanada Ukraynadakı hərbi qüvvələrini qərbə yönəldəcəyini, Kiyevdəki səfirlikdə ikinci dərəcəli işləri görən əməkdaşlarını isə müvəqqəti çıxaracağını bildirib. Daha öncə digər Qərb ölkələri Ukrayna ilə Rusiya arasında artan gərginlik fonunda ehtiyat tədbirlərinə əl atıb.

“Kanada Silahlı Qüvvələrinin təhlükəsizliyi üçün gərəkən bütün ehtiyat tədbirləri görəcəyik”, – Müdafiə naziri Anita Anand yanvarın 30-da Kiyevdə mətbuat konfransında deyib.

O, Kanada qüvvələrinin Ukraynanın mərkəzindən keçən “Dnepr çayının qərbinə doğru” yerdəyişmə etdiyini açıqlayıb.

Rusiya Ukrayna ilə sərhəd yaxınlığına 100 mindən çox əsgər yığıb. 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etmiş Rusiya ölkənin şərqindəki separatçıları dəstəkləyir.

Səfirlik tədbirləri

Birləşmiş Ştatlar Qərb müttəfiqləri ilə birlikdə Rusiyanın Ukraynaya yeni hərbi hücuma hazırlaşmasından ehtiyatlanır. Moskva isə Ukraynanı işğal planı olmadığını bildirir.

Kanadanın Ukraynada hərbi təlim missiyası tərkibində 200-dək əsgəri var.

Xarici İşlər Nazirliyi isə Kiyevdəki səfirlikdə ikinci dərəcəli işləri görən əməkdaşlarını və diplomatların qohumlarını müvəqqəti çıxaracağını bəyan edib. Səfirlik açıq qalacaq.

“Vəziyyəti yaxından monitorinq etməklə yanaşı, kanadalıların təhlükəsizliyi əsas prioritetimiz sayırıq”, – nazirlik bildirib.

Kanada ötən həftə bildirmişdi ki, səfirliyin işinin gücləndirilməsi üçün təhlükəsizlik, konfliktin idarəedilməsi, demokratik islahat və konsulluq xidmətləri sahəsində ekspertlər göndərəcək.

Ötən həftə Birləşmiş Ştatlar, Britaniya, Avstraliya və Almaniya Kiyevdəki diplomatlarının bəzilərini, eləcə də ailə üzvlərini çıxarmaq qərarı veriblər.

NATO Ukraynaya döyüş qüvvələri göndərməyəcək

Rusiya Ukraynanı işğal edərsə, NATO bu ölkəyə döyüş qüvvələri göndərməyəcək. Bunu hərbi alyansın Baş katibi Yens Stoltenberq yanvarın 30-da BBC-yə müsahibəsində deyib.

“NATO-nun Ukraynaya döyüş qüvvələri göndərmək planları yoxdur... biz dəstək verməyə fokuslanırıq. NATO üzvü ilə Ukrayna kimi güclü və yüksək dəyər verilən tərəfdaş arasında fərq var”, – Stoltenberq vurğulayıb.

Moskva Vaşinqton və NATO ilə son danışıqlarda Ukrayna və digər post sövt ölkələrinin alyansa qəbul edilməyəcəyinə qarantiya istəyib. Ukrayna NATO-ya üzv olmaq istəyir, amma ona Üzvlük Fəaliyyət Planı təqdim olunmayıb. Həmin planda üzvlük üçün yol xəritəsi göstərilir.

Ancaq NATO “açıq qapı” siyasətinin danışıqlara açıq olmadığını bildirir. Vaşinqtonun mövqeyincə, suveren ölkələrin öz hərbi alyanslarını seçmək hüquqları var.

NATO indiyədək bəyan edib ki, Rusiya Ukraynanı işğal edərsə, Şərqi Avropadakı üzvlərinin ərazisində qüvvə sayını artırmağa hazırdır. Alyansın bir sıra üzvləri Kiyevə hərbi avadanlıq, o cümlədən öldürücü silahlar göndərib.

Ukraynada mülki işçilərə də hərbi təlim keçirilir
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Britaniyadan qanunvericilik gözlənir

Britaniyanın bu həftə dərc edəcəyi yeni qanunvericilikdə Rusiyaya, Ukraynanı işğal variantı seçəcəyi halda, iqtisadi sanksiyaların genişləndirilməsi nəzərdə tutulur.

“Bu qanunvericilik bizə daha geniş hədəfləri vurmaq imkanı verəcək. Heç kəs sanksiyalardan yayına biləcəyini düşünməsin”, – Britaniyanın Xarici işlər naziri Liz Truss yanvarın 30-da “Sky News”a deyib.

“Kremlə və Rusiya rejiminə maraqlı olan istənilən şirkət hədəfə alınacaq, Putinin oliqarxları üçün gizlənməyə yer qalmayacaq”, – o, sözlərinə əlavə edib.

Bu yaxınlarda Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ilə görüşü gözlənən Truss onu da deyib ki, müharibə olarsa, Britaniya əsgərlərinin Ukraynaya göndərilməsi “ehtimalı çox azdır”.

Bir neçə həftəyə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşəcək Lavrov isə yanvarın 30-da dövlət televiziyasına deyib ki, Rusiya NATO-dan və ATƏT-in 57 üzvündən regional təhlükəsizliyə dair mövqelərinə aydınlıq gətirmələrini istəyəcək. O, “Rusiyanın legitim maraqlarına tam, bərabər” təhlükəsizlik qarantiyaları tələbini davam etdirəcəklərini sözlərinə əlavə edib.

XS
SM
MD
LG