Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:10

“Azərbaycana yeni Konstitusiya lazımdır”


Referendumda səslərin sayılması, 18 mart, 2009
Referendumda səslərin sayılması, 18 mart, 2009

►Bir nəfərin istədiyi qədər prezident seçilməsinə imkan verən 18 mart referendumundan 7 il keçir

Azərbaycan vətəndaşına məhdudiyyətsiz prezident seçilmə hüququnun tanındığı 18 mart referendumundan 7 il ötür. Prezident İlham Əliyev artıq 3-cü müddətdir ki, bu postdadır.

Qonşu Gürcüstan və Ermənistan prezident respublikasından imtina edib parlament respublikasına çevrilirlər. Gürcüstanda artıq parlament üsul-idarəsidir.

Bəs 18 mart referendumu Azərbaycana nə verdi? Onu qonşuları ilə müqayisədə irəliyə, ya geriyə apardı?

“Avtoritarizm möhkəmləndi”

Cəmi Həsənli
Cəmi Həsənli

Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, Konstitusiya dəyişəcək:

“Gec-tez Azərbaycan demokratik bir dövlət olacaq və demokratiyanın ən mühüm atributunu özündə ifadə edən bir şəxsin uzun müddət hakimiyyətdə qalmaması prinsipi də işləyəcək”.

Gözlə

No media source currently available

0:00 0:01:15 0:00
Direct-ə keçid

Cəmil Həsənli deyir ki, 18 mart referendumu Azərbaycanda avtoritarizmi möhkəmləndirdi. O, Avropa ölkələri və ABŞ-ı misal gətirib bildirir ki, bu dövlətlərdə bir şəxsin iki dəfədən artıq seçilməsinə məhdudiyyət var: “İki dövr müddətini təsadüfən qoymayıblar” deyən Cəmil Həsənli əlavə edir ki, bu məhdudiyyət siyasət meydanında rəqabətə, hakimiyyətlərin dəyişməsinə, azad və ədalətli seçki mühitinin yaradılmasına hesablanıb:

“Fikrimcə, Azərbaycan Konstitusiyasında bu müddəanı dəyişməyə ehtiyac yox idi. Əslində, seçkilər necə keçirilmişdisə, referendum da elə keçirildi”. (Ardı aşağıda)

Milli Şura sədri hesab edir ki, bu gün müxalifət 2009-cu il referendumunu yenidən gündəmə gətirsə, düzgün qarşılanmaz, onun fikrincə, bu gün “maliyyə böhranı içində olan vətəndaşların” narahatlığına səbəb başqa amillər var: “Yarıtmaz siyasət, dərinləşən iqtisadi böhran, siyasi məhbus məsələsi bu gün Azərbaycanın cəmiyyətinin qarşısında duran ən ümdə məsələdir”.

“Referendumun nəticəsində Azərbaycan dünyada söz sahibi olub”

Bəxtiyar Sadıqov
Bəxtiyar Sadıqov

Azərbaycan xalqı istədiyi şəxsi istədiyi qədər seçmək imkanı qazanıb. Bunu Milli Məclisin deputatı Bəxtiyar Sadiqov AzadlıqRadiosuna müsahibəsində deyir.

Onun sözlərinə görə, bu referendumun nəticəsində ölkə dünyada söz sahibinə çevrilib, təkcə regiona yox, bütün Avropaya fayda gətirəcək transmilli layihələrin təşəbbüskarı, təşkilatçısı və maliyyəçisi kimi çıxış edir. Bəxtiyar Sadıqov əlavə edir ki, neftin qiyməti düşəndə və dolların dəyəri qalxanda Azərbaycan rəhbəri buna çevik reaksiya verib:

Gözlə

No media source currently available

0:00 0:01:19 0:00
Direct-ə keçid

“Əgər xalq rəhbərini istəyirsə, sınaqdan çıxardığı rəhbərinin vaxtında daha yaxşı yaşayıbsa, o kəsi istədiyi qədər seçmək hüququ var. Bu, insan haqqıdır, niyə pozulmalıdır?”

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Azərbaycan vətəndaşı evində firavan, rahat yaşaya bilir”

Millət vəkili 18 mart referendumunda bir nəfərin iki dəfədən artıq prezident seçilməsinəməhdudiyyət yaradan müddəanın aradan qaldırılmasını demokratiyada geri addım sayanlarla razılaşmır, deyir ki, insanlara “firavanlıq, sülh gətirən, evində rahat yaşamağa” imkan yaradan demokratiya lazımdır və bu gün “Azərbaycan vətəndaşı evində firavan, rahat yaşaya bilir”.

Müsahibimiz əlavə edir ki, icra hakimiyyəti möhkəmlənirsə, idarəetmədə qayda-qanun yaranırsa, bu, yaxşı haldır və o, buna “o biri meyarla yox, bəhrəsini gördüyümüz meyarla” yanaşmağı təklif edir.

“Azərbaycana yeni Konstitusiya lazımdır”

Fuad Ağayev
Fuad Ağayev

“2009-cu ildə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum layihəsinə rəy yazmışdım, o zamankı fikirlərimin üstündə dayanıram”, - hüquqşünas Fuad Ağayev AzadlıqRadiosuna müsahibəsində deyir. Onun sözlərinə görə, 18 mart referendumunun nəticələri mənfi tendensiya ilə davam edir:

Gözlə

No media source currently available

0:00 0:01:17 0:00
Direct-ə keçid

“Xəbərdarlıq etmişdim ki, hansı problemlər yaranacaq. Birincisi, icra hakimiyyəti orqanlarının hakimiyyətini son dərəcə gücləndirdi, qanunvericilik və məhkəmə hakimiyyətlərini özündən asılı vəziyyətə saldı”.

Fuad Ağayevin fikrincə, Azərbaycana yeniKonstitusiya lazımdır. Onun sözlərinə görə, Konstitusiyada dəyişəsi çox müddəalar var və ona görə də dəyişiklik təkliflərindənsə, yeni Konstitusiya layihəsi hazırlanmalıdır.

Buna da bax: NİDA üzvü Məmməd Əzizov azadlıqda

NİDA üzvü Məmməd Əzizov azadlıqda
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

XS
SM
MD
LG