Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:02

Rusiyanın ‘könüllülər’dən ibarət yeni quru korpusu qurduğu deyilir


Ukrayna hərbçiləri
Ukrayna hərbçiləri

Hərbi mənbələrin dəyərləndirməsinə görə, cəbhə xətləri getdikcə möhkəmlənir, hər iki tərəfdən məhdud irəliləyişlər baş verir

Britaniya Rusiyanın Ukraynadakı müharibəyə dəstək məqsədilə “könüllü” batalyonlardan ibarət yeni quru qüvvələri korpusu yaratdığını bildirir.

Belə bir korpusun qurulması Prezidenti Vladimir Putinin və onun hərbi strategiklərinin Ukraynanın işğalında üzləşdiyi çətinlikləri üzə çıxarır.

Britaniya Müdafiə Kəşfiyyatının avqustun 10-da yaydığı məlumatda yeni birliyi “3-cü Ordu Korpusu” adlandırır, onun Moskvadan şərqdə yerləşən Nijni Novqorod vilayətindəki Mulinoda yerləşdiyini bildirir.

“Rusiya yəqin ki, 3-cü korpusun böyük hissəsini ölkə boyunca yeni formalaşdırılan ‘könüllü’ batalyonlardan təşkil edəcək”, – məlumatda deyilir.

Nazirlik Rusiya regional istinadla bildirir ki, 3-cü korpusun potensial üzvlərinə “cəlbedici nağd bonuslar təklif olunur”.

Fevralın 24-də Ukraynada başladılan irimiqyaslı müharibədə yüzminlərlə Rusiya əsgəri iştirak edir, yaxud onu dəstəkləyir. Səkkiz il öncə Rusiya Ukraynanın Krım vilayətini ilhaq edərək bu ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

ABŞ-ın müdafiə rəsmiləri döyüşlərdə indiyədək 70 min – 80 min rusiyalı əsgərin ya öldürüldüyünü, yaxud yaralandığını bildirib.

Ukrayna hökuməti isə bir müddət öncə günə 100-200 əsgərinin öldürüldüyünü deyirdi.

Dnepropetrovskda 13 dinc sakinin öldürüldüyü xəbər verilir

Ukraynanın mərkəzindəki Dnepropetrovsk vilayətinin qubernatoru deyir ki, ötən gecə Nikopol və Marhanetsin atəşə tutulması nəticəsində 13 dinc sakin həlak olub, 11 nəfər yaralanıb. Onlardan beşinin vəziyyəti ağırdır.

Valentin Rezniçenko iki nəfərin Marhanets Xəstəxanasında həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişdiyini söyləyib.

Rezniçenko hücumları avqustun 10-da səhər Telegram-da postlarında detallı təsvir edib.

“Dəhşətli gecə keçirdik... 11 nəfər ölüb... Hamısı dinc sakinlər idi, bu günə planları vardı”, – o yazıb. Daha sonra isə ölü sayını 13-ə dəyişib.

“Meyitləri dağıntılar altından çıxarmaq çox çətindir”, – Rezniçenko sözlərinə əlavə edib.

Hücum baş verdiyi deyilən ərazi Zaporijya AES-in 20 kilometrliyində, Dnepr çayının əks tərəfində yerləşir. Bu zavod müharibənin əvvəlində Rusiya əsgərləri tərəfindən tutulub, ötən həftə bir neçə dəfə atəşə məruz qalıb.

BMT-nin Baş katibi Antonio Quterreş avqustun 8-də beynəlxalq müfəttişləri AES-ə buraxmağa çağırıb.

“Nüvə zavoduna hər hansı hücum intihar kimi bir şeydir”, – Quterreş deyib.

Qarabağda erməni kəndlərindən reportaj - sakinlər hansı mövqelərin irəli çəkildiyini izah edirlər
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Zelenski: Müharibə Krımın azad edilməsiylə başa çatmalıdır

Dünən – avqustun 9-da Krımdakı Rusiya aerodromunda baş verən böyük partlayışların səbəbləri haqda spekulyasiya davam edir. Avqustun 9-dan 10-na keçən gecə gələn məlumatlara görə, Rusiya əsgərləri Ukraynanın cənub vilayətinə cəmləşir. Ukraynalılar isə Xarkov ətrafında kiçik irəliləyişlər əldə etdiklərini deyirlər.

Hərbi mənbələrin dəyərləndirməsinə görə, cəbhə xətləri getdikcə möhkəmlənir, hər iki tərəfdən məhdud irəliləyişlər baş verir.

Zelenskinin vədi

Prezidenti Volodimir Zelenski avqustun 9-da gecə çıxışında Krımdakı aerodromda partlayışlardan danışmayıb. Partlayışlarda bir nəfərin öldüyü bildirilir.

Zelenski müharibənin sonunadək Moskvanın 2014-cü ildə ilhaq etdiyi Krımı geri alacaqlarını deyib.

“Rusiyanın Ukraynaya və bütün azad Avropaya qarşı müharibəsi Krımla başlayıb, Krımla da başa çatmalıdır – onun azad edilməsiylə. Bunun nə vaxt baş verəcəyini bu gün demək mümkün deyil. Ancaq Krımın azad edilməsi formuluna daima gərəkən komponentləri əlavə edirik”, – Zelenski söyləyib.

Rəsmi açıqlamalar

İndiyədək Krımda ağır döyüşlər olmayıb. Moskvadakı rəsmiləri Ukraynaya xəbərdarlıq ediblər ki, istənilən hücuma böyük cavab zərbəsi verilər, o cümlədən Kiyevdə “qərarverici mərkəzlər”ə zərbələr endirilər.

Rusiyanın Müdafiə Nazirliyi bəyanatında bildirib ki, Saki aerodromu hücum hədəfinə çevrilməyib, partlayışları aviasiya sursatının partlaması səbəb olub. Amma partlayışa kimin, yaxud nəyin səbəb olduğu göstərilməyib.

Ukraynanın Müdafiə Nazirliyi qeyd edib ki, “yanğının səbəbini müəyyənləşdirə bilməyib, ancaq bir daha yanğın təhlükəsizliyi qaydalarını, xüsusi ayrılmamış yerlərdə siqaret çəkməyin qadağan olunduğunu xatırladır”. Yəni, nazirlik obyektdə qəza ola biləcəyinə işarə edir.

ABŞ qəzetinin yazdıqları

“The New York Times” qəzeti isə Ukraynanın adını çəkmədiyi yüksək rütbəli rəsmisinə istinadla yazır ki, Krımdakı partlayışların arxasında Ukrayna qüvvələri dayanıb.

Rəsmi hansı silaha əl atıldığını deməsə də, “yalnız Ukrayna istehsalı olan cihazdan istifadə edildiyini” söyləyib.

Mənbə Krımın qərb sahilində yerləşən Saki aerodromundan Ukrayna qüvvələrinə mütəmadi hava zərbələri endirildiyini sözlərinə əlavə edib

AzadlıqRadiosu qəzetin yazdıqlarını müstəqil təsdiqlədə bilməyib.

Ukraynanın hərbi eksperti isə “Current Time”a deyib ki, Kiyevin Sakini vurmağa “nəzəri olaraq” silahları var.

Cəbhədə nə baş verir

Bu arada döyüş zonasından gələn xəbərlərə görə, Rusiya cənubi Xerson vilayətinə qüvvə cəmləyir. Ukraynalılar isə Xarkov vilayətində kiçik irəliləyişlər əldə ediblər.

Avqustun 9-dan 10-na keçən gecə Rusiya qüvvələrinin şimal-şərqi Xarkov şəhərini atəşə tutduğu, infrastruktura ziyan dəydiyi, ancaq xəsarət alan olmadığı xəbər verilir.

Xarkovun meri İqor Terexov gecə azı dörd partlayış olduğunu, birinin “hərbi infrastrukturlar əlaqəsi olmayan” bina yaxınlığında baş verdiyini deyib.

Ukrayna ordusunun Baş Qərargahı avqustun 9-da bildirib ki, “rusiyalılar Ukraynanın şərqində yüz kilometrlik cəbhə xəttinin müxtəlif yerlərində, Severskinin kənarlarından Donetsk yaxınlığınadək hücum cəhdləri edirlər”.

Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başlayıb. Qərb Moskvanı sərt sanksiyalarla cəzalandırıb.

XS
SM
MD
LG