Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:22

Bəs Laçın şəhəri nə vaxt Azərbaycanın nəzarətinə keçəcək? (VIDEO)


Prezident Laçın şəhərinin taleyinə aydınlıq gətirdi
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00

Prezident Laçın şəhərinin taleyinə aydınlıq gətirdi

Prezident İlham Əliyev dekabrın 1-də xalqa müraciətində deyib ki, Laçın şəhəri hələki Rusiya sülhməramlılarının nəzarətində qalır. Çünki Laçın şəhəri Dağlıq Qarabağdan Ermənistana gedən 5 kilometr enində dəhlizin içərisinə düşür

Amma İlham Əliyev deyib ki, Laçın şəhəri də qaytarılacaq:

“Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq.”

ExoBaku analitik youtube kanalının rəhbəri, siyasi şərhçi Rauf Mirqədirov isə hesab edir ki, ordakı coğrafiya elədir ki, yeni yolun Laçın şəhərindən yan keçməsi real görünmür.

Onun fikrincə, burda söhbət Laçın şəhərindən yox, Şuşa şəhəri ərazisindəki yolun dəyişdirilməsindən gedə bilər.

"Laçın dəhlizində" azərbaycanlılar yaşaya biləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:12:00 0:00

Suverenlik üçün təhlükə

Rauf Mirqədirov hesab edir ki, ən azı qarşıdakı üç ildə Laçın şəhərinin Rusiya sülhməramlılarının nəzarətində qalması Azərbaycanın suverenliyi üçün təhlükədir- çünki Azərbaycanın dövlət sərhədinə başqa bir dövlət nəzarət edəcək. Onun sözlərinə görə, bu halda Rusiya Laçın dəhlizindən öz məqsədləri üçün istifadə edə bilər:

“Silah daşıyacaqlar. Protokolda, həmin sazişdə Erməni qüvvələrinin silahsızlaşdırılması ilə bağlı müddəa yoxdur və bundan istifadə edəcəklər”.

Laçın koridoru. Açıq qalan suallar
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Amma prezidentin yaratdığı və dövlətdən maliyyələşən analitik qurum – Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev AzadlıqRadiosuna deyir ki, hazırda dəhlizə Rusiya sülhməramlıları nəzarət etsə belə, 10 noyabr razılaşması hələ Azərbaycanın nəzarətində olmayan bölgədə silahlanmaya icazə vermir:

“Əgər biz 10 noyabr razılaşmasına baxsaq, orda söhbət ondan gedir ki, bütün Ermənistan hərbi qüvvələri Azərbaycan ərazisindən çıxacaq. Ona görə də ora hər hansı hərbi yükün Azərbaycanın icazəsi olmadan daşınması mümkün deyil. Rusiyanın da orda parametrləri bəllidir- burda 1960 sülhməramlı qüvvə və hərbi texnikadan söhbət gedir. Bu, artıq müəyyən olunub və bu limiti aşmağa heç kimin ixtiyarı yoxdur”.

Amma hələ müharibə davam edən dövrdə prezident İlham Əliyev müsahibələrində açıq demişdi ki, Rusiya Ermənistana pulsuz silah göndərir.

Bəs Ermənistandan bu koridorla gələn yüklərə Azərbaycan Ordusu nə vaxt nəzarət edə biləcək? Fərid Şəfiyev deyir ki, bu məsələlər hələ ki, işlənib hazırlanacaq və ola bilsin ki, bütün yükdaşımalar gələcəkdə Azərbaycan nəzarətində olsun.

Keçmiş ABŞ diplomatı:"Laçın dəhlizi Rusiyanın test ərazisi olacaq"
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

Sülhməramlıların əsl məramı Laçın şəhərində bilinəcək

ABŞ Dövlət Departamentində baş məsləhətçi işləmiş, amerikalı siyasi şərhçi Paul Goble isə deyir ki, Rusiyanın əslində nə istəməsinin sınağı elə Laçın dəhlizində məlum olacaq. Onun sözlərinə görə, noyabrın 9-da imzalanan atəşkəs razılaşmasındakı boşluqlardan Rusiya istifadə etməyə cəhd edəcək:

“Ruslar deyə bilərlər ki, əhalini qorumaqdan ötrü sülhməramlıların sayını artırmaqdan başqa çarələri yoxdur. Amma nəticə bundan ibarət olacaq ki, Qarabağ protektorata çevriləcək. Əminəm ki, nə Azərbaycan xalqı, nə rəsmi Bakı, nə də rəsmi Ankara bunu istəmir. Laçının bu şərtlər altında təhvil verilməsi bir testdir - bu, Moskvanın iddialarının hüdudlarını göstərəcək”.

Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları atəşkəs razılaşması ilə 2-ci Qarabağ müharibəsi başa çatıb.

44 gün davam edən müharibədə Azərbaycan tərəfi 90-cı illərdə itirdiyi beş rayon, Şuşa şəhəri, Hadrud qəsəbəsi və bir sıra strateji mövqeləri geri qaytarıb.

Keçmiş Dağlıq Qarabağ muxtar vilayətinə aid dörd rayon və Laçın koridoruna isə Azərbaycan nəzarət etmir.

XS
SM
MD
LG