Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:37

Belarus bloqqeri Azərbaycana ekstradisiya edir


Bu gün, fevralın 7-də Belarus Ali Məhkəməsi bloqqer Alexander Lapshin-in Azərbaycana ekstradisiyası haqqında qərarın qanuni olduğu qənaətinə gəlib.

«Turan» agentliyinin xəbərinə görə, işə qapalı məhkəmə iclasında baxılıb. Belarus Ali Məhkəməsi Minsk şəhər Məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb.

A.Lapshin məhkəmədə iştirak etməyib.

Bir müddət əvvəl prezident Alyaksandr Lukashenka bildirmişdi ki, Minskin Lapshin-i Azərbaycana verməməsindən ötrü heç bir əsası yoxdur.

Buna da bax-Bloqqer prezidentə bağışlanma məktubu göndərib

«Belarus Ali Məhkəməsinin bugünkü qərarı yekun qərardır. Ondan şikayət və etiraz verilə bilməz», - deyə hakim bildirib.

XATIRLATMA

Alexander Lapshin 2016-cı ilin dekabrında Azərbaycanın sorğusu əsasında Minskdə saxlanıb. Yanvarda Belarus Baş Prokurorluğu A.Lapshin-in Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib. Bloqqer bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət verib. Yanvarın 26-da məhkəmə Belarus baş prokurorunun müavininin A.Lapshin-in təhvil verilməsi haqqında hökmünün qanuni olduğu barədə qərar çıxarıb.

A.Lapshin Bakıda erməni separatçılarını dəstəkləməkdə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş çağırışlarda ittiham olunur. Onun həmçinin, Azərbaycana saxta sənədlərlə gəldiyi bildirilir.

A.Lapshin eyni zamanda İsrail və Rusiya vətəndaşıdır. Bu ölkələr onun Azərbaycana təhvil verilməsinə qarşı çıxıblar.

XS
SM
MD
LG