Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:27

Lavrov və Mirzoyan nəyi müzakirə ediblər?


Paşinyan Qarabağ və sərhəd məsələsini bir- birindən ayırır
Gözlə

No media source currently available

0:00 0:15:33 0:00

Paşinyan Qarabağ və sərhəd məsələsini bir- birindən ayırır

Noyabrın 24-də Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey LavrovArarat Mirzoyan arasında telefon danışığı olub.

Bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilib.

Məlumatda deyilir ki, “söhbət zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının, o cümlədən Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Azərbaycam prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 26-da keçiriləcək üçtərəfli görüşü kontekstində həyata keçirilməsi məsələsi müzakirə olunub”.

Məlumatda deyilir ki, nazirlərin söhbəti zamanı habelə beynəlxalq və regional gündəliyin bir sıra digər aktusl məsələlərinə toxunulub.

Ermənistan XİN-in məlumatı

Lakin Ermənistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin bu danışıqlar barədə məlumatında deyilir ki, Lavrov və Mirzoyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə ediblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan XİN-ə istinadən yazır ki, söhbət zamanı Dağlıq Qarabağ münaqişəsininn ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı ilə hərtərəfli və uzunmüddətli tənzimlənməsinin mühümlüyü vurğulanıb.

Bu da xəbər verilir ki, söhbət zamanı Ararat Mirzoyan Lavrova “Azərbaycan silahlı qüvvələrinin Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təcavüzü nəticəsində yaranmış vəziyyət” barədə məlumat verib.

Rusiya XİN-in rəsmi məlumatında Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması barədə heç nə deyilmir.

Rusiyanın TASS dövlət agentliyi də daxil bu xəbəri yayan mediaları Ermənistan XİN-in məlumatına istinad edirlər.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG