Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:15

Lavrov deyir ki, status məsələsi 'qeyd-şərtsiz' həll olunub


Sergey Lavrov
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də keçilirlən mətbuat konfransında deyib ki, Ermənistan tərəfinin Praqa dördtərəfli görüşündə əldə edilmiş razılaşmanı qəbul etməsi Qarabağın statusu məsələsini qeyd-şərtsiz həll edir:

“Almatı bəyannaməsində deyilir ki, bütün müttəfiq respublikalar SSRİ respublikaları arasında mövcud olmuş sərhədlər çərçivəsində sərhədlərin toxunulmazlığını qəbul edirlər. Başqa sözlərlə o vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı şəkildə Azərbaycan SSR-in tərkib hissəsi olub və bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa və həm də cənab Mişel tərəfindən qəbul edildikdən sonra Qarabağın statusuna necə yanaşılmalı olduğu məsələsini qeyd-şərtsiz həll etmiş olub”.

Lavrov daha sonra deyib ki, Azərbaycan tərəfi Qarabağın erməni əhalisinin hüquqlarını təmin etməyə hazırdır:

"Ermənistan rəhbərliyi axır vaxtlar statusdan yox, Qarabağın erməni əhalisinin hüquqlarının təmin olunmasından danışır. Azərbaycan tərəfi bu məsələni müzakirə etməyə və onlara Azərbaycanın başqa sakinlərinin malik olduqları hüquqları verməyə hazırdır”.

Minsk qrupu barədə

Lavrov habelə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması sahəsində Rusiyanın səylərindən danışıb:

"Biz Bakı və Yerevanla 10-dək görüş keçirmişik. Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra Rusiya tərəflərə nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında köməyini davam etdirir. Bundan başqa biz danışmışıq ki, Rusiya sərhədin delimitasiyasında və sülh müqaviləsinin razılaşdırılmasında tərəflərə kömək edəcək”.

Lavrovun sözlərinə görə hazırda Avropa İttifaqı “özünün dəfn etdiyi” Minsk qrupunu kompensiyaya etmək məqsədilə vasitəçi kimi Bakı və Yerevan arasındakı prosesə müdaxilə edib.

Rusiya xarici işlər naziri bildirib ki, Moskva bu məsələdə qısqanc deyil:

“Bizim bununla bağlı problemimiz yoxdur. Bizim Yerevan və Bakı ilə təmaslarda qeyd etdiyimiz yeganə məsələ budur ki, Qərb xüsusi əməliyyat başlanandan sonra Vaşiqnton və Parisin dili ilə bəyan edib ki, onlar heç yerdə, heç bir formatda Rusiya ilə əməkdaşlıq etməyəcəklər. Bununla da onlar ATƏT-in Minsk qrupunun fəaliyyətinin başa çatdığını demiş olublar. Buna görə də bizim erməni həmkarlarımız bəzən bu Minsk qrupunu yada salanda biz deyirik ki, bu məsələ bizlik deyil, suallarınızı ABŞ-a və Fransaya verin. Onlar deyiblər ki, bu qrupla toplaşmayacaqlar. Və bir də sual əlbəttə, Azərbaycana verilməlidir, çünki Azərbaycanın iştirakı olmadan hər hansı vasitəçilik cəhdləri mənasızdır”.

Lavrov bunu da qeyd edib ki, Qərb sərhədin delimitasiyasında prosesə kömək etmək iqtidarında deyil:

“Məsələn, Brüsseldə delimitasiya komissiyasının iclasını keçirirlər. Ermənilər və azərbaycanlılar da ki, nəzakətli adamlardır, ora gedirlər. Amma delimitasiyanı əldə keçmiş müttəfiq respublikaların xəritələri olmadan necə müzakirə etmək olar? Bu xəritələr yalnız Rusiyanın baş qərargahındadır”.

Qarabağda Ərdoğan və Əliyevə bağlı şirkətlər...
Gözlə

No media source currently available

0:00 0:06:31 0:00

Xatırlatma

Bu il sentyabrın 12-13-də Azərbaycan və Ermənistan sərhəddində vəziyyət yenidən gərginləşmişdi.

Hər iki tərəfdən ümümilikdə 300-ə qədər hərbi qullqçunun həlak olduğu bildirilirdi.

Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Ermənistan Azərbaycan hərbi quluqçularının onun ərazisinə daxil olduğunu, Azərbaycan isə öz növbəsində qarşı tərəfin təxribatıyla üzləşdiyini vurğulayırdı.

Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Ermənistanda analar əsirlikdən dönmüş oğullarının hərbi xidmətə qayıtmasını istəmirlər
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırda Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqları aparılır. Amma bununla bağlı, hələlik, hər hansı müqavilə bağlanmayıb.

Daha əvvəl iki ölkə arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçiliklə ATƏT-in Minsk qrupu məşğul olub. ABŞ, Fransa və Rusiya qurumda həmsədr olublar.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG