Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:51

Lavrov yenə də Bakı və Yerevanın Aİ ilə razılaşma imzalamasından gileylənib


Sergey Lavrov
Sergey Lavrov

O vurğulayıb ki, “situasiya çoxqatlıdır” və KTMT  belə bir vəziyyətdə sülhməramlı əməliyyat planı hazırlayıb və həmin plan “hələ də masa üstündədir”

“Ermənistan və Azərbaycan Qafqazdakı vəziyyətin stabilləşdirilməsi yollarını axtarırlar. KTMT də kömək etməyə hazırdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Rossia-24 telekanalına müsahibəsində deyib.

O bildirib ki, ötən ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində zorakılıqlar baş verəndə hər iki tərəfdən 300-dək hərbi qulluqçu həlak olub:

“...Biz elə onda Ermənistanın xahişini aldıq. KTMT-nin baş katibi xüsusi missiya ilə sərhədə getdi və Ermənistan Azərbaycanla həmsərhəd hissəsində KTMT missiyasının yerləşdirilməsinə dair planla qayıtdı.”

Lavrov deyib ki, bu plan əslində çoxdan hazır idi, amma Ermənistan Moskvanı tələsdirmirdi.

Rusiya xarici işlər naziri deyib ki, daha sonra Yerevanda keçirilən KTMT sammitində müvafiq qərarın mətni başa çatdırılıb:

“...amma ermənistanlı həmkarlarımız dedilər ki, onlara bu qərar əgər orada Azərbaycanın hərəkətləri qətiyyətlə pislənərsə lazımdır. Buna isə heç də hamı razı deyildi, həm də təkcə ona görə yox ki, kiminsə tərəfi saxlamaq və yaxud kimsə dəstəkləmək lazım gəlirdi”.

“Azərbaycan ona məxsus olan torpaqları qaytarıb”

Lavrov deyib ki, Qarabağ müharibəsinin kökləri onilliklərlə keçmişə gedib çıxır.

Onun sözlərinə görə uzun müddət ərzində Ermənistan Azərbaycanın 7 rayonunu işğal altında saxlayıb:

“Sonra isə məsələni siyasi yolla həll etməkdən əlini üzən Rusiya çoxsaylı variantlar təklif edib. Ermənistanın bundan əvvəlki rəhbərliyi heç vaxt iddia etmədiyi əraziləri əldə saxlamaq istəyir və bu təklifləri o qədər də yaxşı qəbul etmirdi. Ona görə də hər halda Azərbaycan ona məxsus olan torpaqları geri qaytarıb”.

Ermənistana KTMT "əməliyyatı" təklif olunur

Daha sonra isə Lavrov işarə edib ki, Bakı və Yerevanın Avropa İttifaqı ilə birlikdə sənəd imzalaması Moskva üçün “mürəkkəblik” yaradıb:

“İndi isə həm Ermənistan, həm də Azərbaycan Avropa İttifaqı ilə birlikdə 1991-ci il Almatı bəyannaməsində müəyyən edilmiş şərtlər əsasında müqavilə bağlamağa hazır olduqlarına dair sənədi imzalayandan sonra bizim üçün gələcək addımlarımızın müəyyən edilməsi, bir növ mürəkkəb olub. Çünki orada deyilir ki, yeni müstəqil olmuş dövlətlərin sərhədləri, (keçmiş) sovet respublikalarının inzibati sərhədlərindən keçəcək. Bu isə əlbəttə həm də Ermənistan və tərkibinə Dağlıq Qarabağ Muxtar vilayəti daxil olan Azərbaycan SSR-ə aiddir”.

Lavrov vurğulayıb ki, “situasiya çoxqatlıdır” və KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) belə bir vəziyyətdə sülhməramlı əməliyyat planı hazırlayıb və həmin plan “hələ də masa üstündədir”.

Və BMT-nin razılığına lüzum yoxdur

Rusiya xarici işlər naziri KTMT-nin sülhməramlı fəaliyyəti üçün BMT Təhlükəsizlik Şurasının qərarına ehtiyac olmadığını iddia edib:

"Biz indi Qazaxıstanın bizim də dəstəklədiyimiz təklifi əsasında bu müqaviləyə əlavə daxil edirik...Çünki indiki mətndə deyilir ki, KTMT sülhməramlı qüvvələri BMT Təhlükəsizlik Şurası ilə razılaşma və onun sanksiya ilə yerləşdirilir. Bu, artıq tələbdir. Çünki burada KTMT üzvü olan istənilən legitim ölkə hökumətinin müraciəti kifayətdir. Ötən yanvarda Qazaxıstanda olduğu kimi”.

Xankəndidən müsahibə: 'Sülhməramlıların buraxdığı yük 10 faiz ehtiyacımızı ödəmir'
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG