Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:06

Yunusların işi geri qaytarılıb (VİDEO)


Yunusların işi yenidən Ağır Cinayətlərə qaytarıldı
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Yunusların işi yenidən Ağır Cinayətlərə qaytarıldı

Oktyabrın 20-də Bakı Apellyasi Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunusun məhkəməsi davam edib.

Hakim işi geri-Ağır Cinayətlər Məhkəməsinə qaytarıb.

Qeyd edək ki, vəkil Elçin Sadıqov oktyabrın 15-də keçirilən prosesdə 1-ci instansiya məhkəməsinin protokolları ilə tanış olmaq üçün vaxt istəmişdi.

Vəkilbu müddət ərzində protokollara qeydlər etdiyindən Apellyasi Məhkəməsi həmin qeydlərə baxılması üçün işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıb.

Apelyasiya Məhkəməsində isə proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, Leyla və Arif Yunusların vəkilləri Bakı Ağır Cinayətlər Məhkəməsinin avqustun 13-də çıxardığı hökmdən apellyasiya şikayəti verib. Həmin hökmə əsasən, Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Yunuslat ittihamları rədd edir və həbslərinin fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.

XS
SM
MD
LG