Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:56

'90 manat çörək pulunu qaldırıb, 160 manat işıqpulu gətiriblər' [video]


Qaçqınların etirazı: 'Hökümət 90 manat verib, 160 manat alır'
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Qaçqınlar etiraz edir: Hökümət qaşıqla verir, çömçə ilə alır [video]

Yanvarın 23-dən bəri məcburi köçkünlər elektrik sayğaclarının quraşdırılmasına qarşı ard-arda etiraz aksiya keçirirlər.

Bu gün - fevralın 8-də də Sumqayıtda etiraz aksiyası olub. Köçkünlər tələb edirlər ki, əvvəl binalar qazlaşdırılsın, sonra elektrik sayğacı quraşdırılsın.

İndiyə kimi məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına 5 milyard manat ayrılıb. Di gəl ki, "Azəriqaz" bildirir ki, binalar qəzalı olduğundan qazlaşdırmaq mümkün deyil.

Buna da bax: Köçkünlərin etirazı: "300 manat işıqpulu qəbzi gəlib"

“QAŞIQLA VERİB, ÇÖMÇƏ İLƏ ALIRLAR”

Cəbrayıldan məcburi köçün Emin Rüstəmov 6 nəfərlik ailəsi ilə 2002-ci ildən Sumqayıtdakı Şəfa Sanatoriyasının idman zalında məskunlaşıb. İşıq idarəsinin əməkdaşları qapısını döyüb və yanvar ayı üçün ona 160 manatlıq elektrik enerjisinə ödəniş qəbzi veriblər.

“90 manat çörək pulunu qaldırıblar, 160 manat işıqpulu gətiriblər. Bunun adı qaşıqla verib, çömçə ilə almaqdır. Mən bu 90 manatı uşaqlarıma verməliyəm, ya üstünə də pul qoyub işıq pulunu verməliyəm. Başqa iş də yoxdur ki, işləyim. İş versin işləyim. Gətirib binamızı qazla təmin etsinlər sonra bizə işıq pulu gətirsinlər”.

“AzəriQaz”ın mətbuat xidmətinin rəhbəri deyir ki, bu binaların qazlaşdırılması təhlükəli ola bilər.

Buna da bax:​ İşıq, qaz pulu maaşa uyğundurmu?

PREZİDENT: BİR AYA TİKİNTİ BAŞLAYA BİLƏR…

Prezident İlham Əliyev yanvarın 30-da Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib ki, yeni binalar tikiləcək:

“Bu il yeni binalar tikilməlidir. Yerlər ayrılıbdır. Eyni zamanda, mövcud qəsəbələrdə yeni fərdi evlərin tikintisi də nəzərdə tutulur. Çünki artıq orada infrastruktur var və əlavə infrastruktura vəsait qoymağa ehtiyac yoxdur. Eyni zamanda, tapşırıq verilmişdir ki, Bakıda yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi də bu il başlasın. Yəqin ki, bir aya tikinti işlərinə başlanacaq”.

Buna da bax:​ Xırdalanda məskunlaşan köçkünlər də etiraza qalxdı

İlham Əliyev bu konfransda deyib ki, ötən illərdə yeni qəsəbələr inşa olunub, həmin qəsəbələrdə azı 200 min nəfər məcburi köçkün məskunlaşıb. Bütövlükdə məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına azı 5 milyard manat vəsait ayrılıb.

Azərbaycan hökuməti son bir neçə ildə xarici donorlardan köçkünlər üçün yardım almır ki, özümüz təmin edirik. Sizcə, hökumətin köçkün vətəndaşlar üçün güzəştləri, müavinətləri yetərli, qaneedicidirmi?

Bu suala Bakı sakinlərinin cavablarını dinləyin:

Sizcə, hökumətin köçkün vətəndaşlar üçün güzəştləri, müavinətləri yetərlidirmi?
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

BƏS ÇIXIŞ YOLU NƏ OLA BİLƏR?

İqtisadçı Rəşad Həsənov hesab edir ki, yeni binalar tikilənə qədər binaları qazlaşdırılmayan məcburi köçkünlərlə bağlı ayrıca proqram hazırlana bilər:

“Qaz elektrik enerjisi ilə müqayisədə daha sərfəlidir. Ona görə də məcburi köçkünlər qazdan məhrum olduqlarına görə diskriminasiya ilə üzləşirlər. Hesab edirəm ki, bu qruplar müəyyənləşdirilməli və onlara əvvəlki qaydalar tətbiq olunmalıdır”.

Buna da bax:​ Valyuta ehtiyatları: Prezident 'artırmalıyıq' deyir, amma...

Prezident İlham Əliyev yanvarın 23-də "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinətin müəyyən edilməsi haqda" fərman imzalayıb. Bu fərmanla yanvarın 1-dən məcburi köçkünlərə adambaşına 36 manat vahid müavinət veriləcək. Əvvəllər onlara 20 manat çörəkpulu verilirdi və kommunal xidmətlərdən limitlə pulsuz istifadə edirdilər.

XS
SM
MD
LG