Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:25

'Güzgünü sındırmaq cəhdi'


Azərbaycan mətbuatı
Azərbaycan mətbuatı

İnternet resurslara qadağa, kredit borclarının qaytarılması mümkünlüyü, iqtisadiyyatın yüksək neft qiymətinə ümidləri, pambıqçıklığın inkişafı bu günkü medianın aparıcı mövzusudur.

“Azadlıqinfo” saytı“Hökumətin güzgünü sındırmaq cəhdi” sərlövhəli məqaləsində yazır ki, rəsmi Bakı internet resurslarına qarşı savaş açır.

Müəllif xatırladır ki, YAP-çı deputat Məlahət İbrahimqızı bununla bağlı parlamentdə məsələ qaldırandan sonra Beynəlxalq Mətbuat mərkəzində mətbuat konfransı keçirib. Yazıda qeyd edilir ki, deputat “Sancaq”, “Meydan.Tv” səhifələrinin qapadılmasıyla bağlı təkliflə çıxış edib və buna əsas olaraq hakimiyyət nümayəndələri əleyhinə yazılar paylaşıldığını, ölkə başçısının ünvanına həqiqətə uyğun olmayan fikirlər deyildiyini göstərir.

Yazı müəllifinin fikrincə ölkədə böhran boğaza çıxdığı vaxtda deputatlar azad sözün ağzını bağlamaq üçün fürsət gəzir: “Bunlar istəyirlər ki, kobud seçki saxtakarlığını, məmur harınlığını, hüquqsuzluğu, korrupsiyanı hamı görsə də, heç kim danışmasın və göstərməsin”.

“Hökumət vətəndaşa kömək etmək firkində deyil”

“Exo” qəzetiAzərbaycanda borclulara kim və necə kömək edəcək?”

sərlövhəli məqaləsində kredit borcları məsələsini ekspert Əkrəm Həsənovla müzakirə edir.

Parlamentin payız sessiyasında “Kredit borcları haqqında” qanun layihəsinin müzakirə ediləcəyini yazan qəzet ekspertin bununla bağlı fikirlərinə yer verir:

“Əmin deyiləm ki, Milli Məclisin payız sessiyasında “Kredit borcları haqqında” qanun layihəsi müzakirə edilə bilsin.Ola bilər ki, hansısa deputat bu məsələni qaldırsın, və ya bu məsələ “Kredit büroları haqqında” qanun layihəsi çərçivəsində müzakirə edilsin”.

Ə.Həsənov hesab edir ki, dövlət kredit borcu olanlara güzəştlər versə, bu probemin həlli üçün doğru yol olmayacaq. Çünki, banklar da pulları müştərilərdən alır, əgər borclular bu pulları maliyyə institutlarına qaytara bilməsə, öz növbəsində banklar da əmanətləri müştərilərə qaytara bilməyəcək:

“Üstəlik hazırda bankların durumu da yaxşı deyil və 10 bankın bağlanması bunun sübutudur”.

Ekspert təklif edir ki, borcun müəyyən hissəsini dövlət ödəsin, müəyən hissəsi manat ekvivalentinə çevrilərək müştərinin öhdəsinə buraxılsın. Amma ekspert deyir ki, gələn ilin büdcəsinə dövlət öz xarici kredit borclarının qaytarılması ilə bağlı məbləğ daxil edib:

“Belə alınır ki, dövlət vətəndaşların öhədliklərini öz üzərinə götürməyə hazırlaşmır”.

Neftin qiyməti artsa belə...

“Novaya Vremya” qəzetində isə“Yenə də ümid neftədir?” səlrövhəli məqalə oxumaq olar.

Müəllif Mərkəzi bankın valyuta ehtiyatlarının azaldığını, amma məmurların səmərəliliyi artırmaq barədə düşünmədiklərini yazır. Onun fikrincə, yenə bütün ümidlər neftin qiymətinin yüksələcəyinə bəslənilir. Müəllif deyir ki, neftin qiymətində müəyyən qalxmalar ola bilər, amma bu ölkəyə yetərli dərəcədə valyuta gətirmək gücündə olmayacaq:

“Bir neçə dəfə olub ki, neftin dəyəri 50 dolları keçib, amma ehtiyatlar kifayət qədər artmayıb. İqtisadiyyat və büdcə bu qiymətdən də əziyyət çəkib”.

Yazıda vurğulanır ki, müxtəlif sahə rəhbərləri ancaq neftin qyimətlərinə ümid bəsləyəcəksə, o zaman qeyri-neft sektoru da uğurlu inkişafa nail ola bilməyəcək. Müəllif bunu da xatırladır ki, hətta nefti, qazın qiyməti qalxsa belə 3 il öncəki roluna çatmayacaq.

“81 yaşlı pambıq ustası”

“Azərbaycan” qəzeti 8 oktyabr sayında Biləsuvarda yaşayan 81 yaşlı pambıq ustasının portretini hazırlayıb:

“Yaşının bu çağında da gümrahdır, əli işdən soyumur. Ürəyində arzuları çoxdur. El içindəki ad-sanı, hörməti sadə əməyi ilə qazanıb” cümlələri ilə başlayan məqalədə Lətif Cəfərovun Sosialist Əməyi Qəhrəmanları Qızqayıt Həsənova və Ərəstun Məmmədovla çiyin-çiyinə çalışdığı vurğulanır: “1976-cı ildə o vaxt Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyev ona “QAZ-24” markalı minik maşınının açarını təqdim edib. Bu, o dövrdə hər kəsə nəsib olmurdu”.

Müəllif yazır ki, 1990-cı illərdə digər sahələr kimi pambıqçılığa da göstərilən ögey münasibət çoxlarının yadındadır:

“Lakin həmin dövrdə də Lətif kişi ona doğma olan peşəsini unutmadı. Elə vaxt oldu ki, pambığın xərci ilə gəliri ancaq bir-birini tamamladı, qazancı olmadı. Lakin o, pambıqçılıqdan əl götürmədi, öz-özünə təsəlli verdi: “Kənd təsərrüfatı belədir, uğurlu ili də olur, uğursuz ili də. İnşaalah, gələn il yaxşı olar, ziyanın yerini doldurar”. Bu niyyətlə çalışdı, zəhmət çəkdi. Bəlkə də “pambıq Məcnunu” adını buna görə qazanıb”.

Məqalənin qəhrəmanı müəllifə Prezident İlham Əliyevin Sabirabadda keçirdiyi son müşavirəsindən bəhs edib, deyib ki, iclasda o da iştirak edib: “Sağ olsun icra başçımız, 81 yaşında olduğumu, pambıqçılıqla məşğul olduğumu qeyd etdi. Deməli, çəkilən zəhmət, əziyyət itmir”.

XS
SM
MD
LG