Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:30

Medvedev: ‘Qarabağda Türkiyə faktorunu nəzərə almamaq mümkün deyil’


Dmitri Medvedev
Dmitri Medvedev

Hakim Vahid Rusiya partiyasının saytında Rusiya Təhlükəsizlik Şurasınınsədr müavini, keçmiş baş nazir Dmitri Medvedevlə geniş müsahibə dərc edilib.

O bir çox suallarla yanaşı Dağlıq Qarabağa dair bəzi məsələlərə də aydınlıq gətirib.

Ona çox konkret sual verilib: “2020-ci ilin payızında Qarabağda baş vermiş müharibədə kimin qalib gəldiyi sualına bircə sözlə necə cavab verərdiniz?”

Medvedev deyib ki, o baş verən hadisələrə müharibə başlanan kimi reaksiya verib:

“Dedim ki, Dağlıq Qarabağ siyasi-diplomatik tənzimləməsinin alternativi yoxdur. Bu doğrudan da belədir. Yaxşı yadımdadır ki, 2016-cı ildə də kəskin münaqişə olanda Azərbaycanla Ermənistanı barışdırmağa uçmuşdum...Onda yol xəritəsi hazırlanmışdı, amma təəssüf ki, həmin ölkələr bundan istifadə etmədilər. Bu, yeni, daha uzun, daha böyük qurbanları olan münaqişəyə gətirib çıxardı...”

Putinin “zərgər işi”

Dmitri Medvedev deyib ki, münaqişə Rusiya prezidentinin “zərgər işi” sayəsində dayandırılıb:

“Vladimir Vladimiroviç bu münaqişənin iştirakçıları ilə saatlarla müzakirələr aparırdı. Açıq deyək, onun bu işi olmasaydı, münaqişə hələ bugün də davam edərdi. Bu, çox nəhəng zəhmətdir. Mənə belə gəlir ki, buna görə həm Azərbaycan, həm də Ermənistan Rusiya prezidentinə minnətdar olmalıdırlar”.

Medvedev daha sonra Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada imzaladıqları üçtərəfli bəyanat məsələsinə toxunub.

O deyib ki, indi artıq müharibənin dağıntılarını aradan qaldırmaq, bölgəni inkişaf etdirmək üçün imkan yaranıb.

O vurğulayıb ki, bu məsələdə Rusiya sülhməramlı qüvvəsi mühüm sabitləşdirici faktordur.

Azərbaycanla Türkiyə birgə hərbi təlimlər keçirir
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

“Statusun müzakirəsindən güclü partlayış törəyər”

Dağlıq Qarabağın statusu barədə suala cavab verən Medvedev deyib ki, bu məsələnin müzakirəsinə uzun müddət həsr olunub, amma indilik status məsələsinə toxunulmamılıdır.

“Mənim nəzərimcə bugün hamıya tamamilə aydındır ki, status məsələsi həqiqətən həll olunmayıb. Amma bunu indi müzakirə etmək olmaz. Çünki status ətrafında müzakirələrin sahəni elektrikləndirməsi güclü partlayışa səbəb ola bilər. Bunu indi etmək qeyri-mümkündür...”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, üstəlik Ermənistanın özündə də bu məsələyə birmənalı yanaşma yoxdur.

Medvedev xatırladıb ki, Qarabağın müstəqilliyini heç Ermənistanın özü də tanımayıb:

“Bu məsələni nədənsə unudurlar, amma bu, doğrudan da belədir. Buna görə də status məsələsini gələcək dövrə saxlamaq lazımdır”.

Reallıqsa belədir ki...

Daha bir sual Türkiyənin Qarabağ münaqişəsindəki rolu barədə idi: “Türkiyənin bu münaqişədəki rolu Rusiyanı qorxutmurmu?”

Medvedev məsələyə bugünün reallıqlarından baxmağa çağırıb:

“Başa düşürsünüzmü, Türkiyə bizim qonşumuz və çox mühüm partnyorumuzdur. Və bu, Azərbaycana çox yaxın ölkədir. Bu faktoru nəzərə almamaq mümkün deyil. Bizim onlarla çox məhsuldar dialoqumuz var. Ölkəmizin prezidenti bu məsələni prezident Erdoğanla daim müzakirə edir”.

Dmitri Medvedev xatırladıb ki, Rusiya və Türkiyə Dağlıq Qarabağda müştərək monitorinq mərkəzi yaradıblar. Amma o əlavə edib ki, bu tədbirə daimi bir hal kimi baxmaq lazım deyil:

“Amma mən bunu hansısa uzunmüddətli siyasətin elementi kimi qiymətləndirməz, daha bir qəsd nəzəriyyəsi qurmazdım. Biz sadəcə olaraq regionumuzda mövcud olan reallıqları nəzərə almalıyıq. Və reallıqlar belədir ki, biz bu məsələni həm də Türkiyədən olan partnyorlarımızla müzakirə etməliyik”.

XS
SM
MD
LG