Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:10
Etiraza çıxanların həbs kadrları
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Etiraz edənlərin saxlanması, 19 oktyabr 2019

Milli Şuranın Bakıda etiraz aksiyası- Əli Kərimli azadlığa buraxılıb, başında xəsarətlər var...

Milli Şura Bakıda etiraz aksiyasına cəhd edir, təşkilatçılar, o cümlədən AXCP sədri Əli Kərimli saxlanıb.

Milli Şura Bakıda etiraz aksiyasına cəhd edir, təşkilatçılar, o cümlədən AXCP sədri Əli Kərimli saxlanıb.

Bakının mərkəzi ərazilərində etirazların davam etdiyi bildirilir

Hadisə yerindən verilən məlumata görə, Milli Bankın yaxınlığında və qonşuluqdakı parkda insanlar topa şəkilində yığılaraq şüarlar səsləndirirlər. Verilən məlumatlara görə, bir neçə yerdə “ İstefa”, “Azadlıq” kimi şüarlar səsləndirilib.

Şuarlar səsləndirənlərdən onlarla şəxsin saxlanıb aparıldığı bildirilir.

Şəhərin müxtəlif yerlərində dağınıq halda insanlar “İstefa”, “Azadlıq”, “İstefa” kimi şüarlar səsləndirirlər. Onlarla insanlar saxlanmaqdadır. Bəzi yerlərdə polisin aksiya iştirakçıları ilə sərt davrandığı bildirilir.

Verilən məlumatlara görə, jurnalistlərin də işləməsinə maneələr yaradılır.
Etiraz aksiyasının bəzi iştirakçıları vurğulayıb ki, onlar rayonlardan gəliblər.

Habelə bildirilir ki, bir qurup şəxs də Heydər Əliyev sarayının yanınadək yürüş edib. Onlar “Sərbəst toplşmaq azadlığı” “ Qarabağa azadlıq” kimi də şüarlar səsləndiriblər. Üst-üstə yüzdən çox şəxsin saxlandığı bildirilir.

Amma saxlananlarla bağlı deyilənlərə, Daxili İşlər Nazirliyindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Amma bundan öncə Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq bu mitinqlə bağlı xəbərdarlıq yaymışdı. Xəbərdarlıqda qeyd edilirdi ki, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan yerdə aksiyanın keçirilməsinə imkan verilməyəcək: «…Hüquq-mühafizə orqanları tərəfindən qanunsuz əməllərin qarşısı qətiyyətlə alınacaq və qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək», deyə bildirilirdi.

AXCP sədri Əli Kərimlini polislər saxlayıblar, daha sonra onu zorla yaxınlıqdakı avtobusa mindiriblər.

AXCP sədri Əli Kərimlinin saxlanma anı
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Əli Əhmədov: “Küçələrdə səs-küy salan bu insanlar xalqdan çox uzaq düşüblər”

“Sosial şəbəkədə müxalifətin mitinq adlandırdığı başıpozuq hərəkətləri izləyirəm. Həqiqətən üzücü mənzərədir: çox az sayda insan şəhərin gur yerində asayişi pozmaqla diqqəti cəlb etməyə çalışır. Sanki onlar insanların rahatlığını pozmaqlarından həzz alırlar. Əslində isə utanmaq lazımdır. Müşahidə etdiklərim deməyə əsas verir ki, küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər. Sanki başqa ölkənin vətəndaşları, yadplanetliləridir. İstər-istəməz yaddaşlarda 30 il əvvəlki dövrün qaragüruhu düşür. Heç dəyişməyiblər, dəyişmək də istəmirlər. Ona görə də Azərbaycanın bu günündən çox geridə qalıblar. Yaxşı ki, onlar azdır, özü də lap az.

Polisin davranışı təqdirəlayiqdir. Qanunsuz, icazəsiz aksiyaların qarşısı alınmalıdır. İnsanların rahatlığını kimsə pozmamalıdır və poza bilməz”.

Yeni Azərbaycan Partiyası ( YAP) saytının məlumatına görə, bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində paylaşıb.

Davamı

XS
SM
MD
LG