Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:11

NATO etnik münaqişələrdə ölkələrin suverenliyinə hörmət edir


Yens Stoltenberq
Yens Stoltenberq

Paris Beynəlxalq İşlər Məktəbinin keçirdiyi virtual tədbirdə NATO-nun baş katibi Yens Stoltenberq nitq edib.

O deyib ki, NATO indiki proqnozlaşdırılmayan dünyada fəaliyyət göstərməlidir.

NATO alyansının internet saytında dərc edilmiş məlumata görə yanvarın 18-də keçirilən tədbirdə baş katib deyib ki, “indi düşmənlərimiz bizə təkcə mərmilər və təyyarələrlə yox, həm də bot və alqoritmlərlə meydan oxuyurlar”.

Stoltenberqin sözlərinə görə şimal alyansı indiyədək təhlükələrə vaxtında cavab vermək üçün çox işlər görüb.

“Qarabağ sualı”

Bu müzakirə zamanı İtaliyanın keçmiş baş naziri Enriko Letta da NATO baş katibinə Qarabağ münaqişəsinin, habelə Donbas və Cənubi Osetiyadakı vəziyyətin siyasi həlli ilə bağlı sual verib.

Yens Stoltenberq suala cavab olaraq deyib ki, “Abxaziyada və Cənubi Osetiyada Gürcüstanın ərazi bütövlüyü və suverenliyi pozulub və bu tamamilə yolverilməzdir”.

Baş katib əlavə edib ki, eyni hərəkət Krımın ilhaqı və Ukraynanın şərqindəki stabilliyi pozmaqla törədilib.

Qarabağ münaqişəsinin həllinə gəlincə də Stoltenberq alyansın dövlətlərin suverenliyinə hörmət bəsləməli olduğunu deyib:

“NATO-nun rolu bu ölkələrə dəstək vermək, onları inkişaf etdirmək, islahatlar sahəsində kömək göstərməkdir. NATO müttəfiqləri olaraq biz müxtəlif şəkildə həm Gürcüstan, həm də Ukraynada varıq. Əlbəttə, biz siyasi həll yolu tapmalıyıq. Müxtəlif münaqişlərdə... İstər Moldovada, istərsə də sizin dediyiniz Dağlıq Qarabağda ən əsas mesaj budur ki, biz suverenliyə hörmət göstərməliyik”.

XS
SM
MD
LG