Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:26

N.Məmmədov: 'Ölkə uçurum qarşısında qalmışdı'


Novruz Məmmədov
Novruz Məmmədov

«Müasir tarixi dövrdə uğurlu xarici siyasət kursu müəyyənləşdirmək və həyata keçirmək olduqca çətindir».

Bu fikir «Azərbaycan» qəzetində dərc edilən «Uğurlu xarici siyasətin banisi» sərlövhəli məqalədən götürülüb.

Yazını Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov qələmə alıb.

Müəllif hesab edir ki, XX əsrin 90-cı illərinin əvvəli dövlət müstəqilliyi baxımından böhran dövrü olub: «1991-1993-cü illərdə Azərbaycana rəhbərlik etmiş şəxslərin mövcud reallıqları nəzərə ala bilməməsi səbəbindən yanlış xarici siyasət kursu yeritməsi və ifrat mövqe nümayişi Azərbaycan dövlətçiliyini təhlükə altına atmış, ölkəni uçurum qarşısında qoymuşdu. Dövlət öz maraqlarını qorumaq imkanlarını itirmişdi».

***Buna da bax-Prezident: 'AXC-Müsavat çevriliş etdi, torpaqlarımızı itirdik'

N.Məmmədov yazıb ki, H.Əliyevin düşünülmüş xarici siyasət strategiyası ölkəni siyasi böhrandan çıxarıb: «Birincisi, Qərblə strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandırdı. İkincisi, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq öz iqtisadiyyatının gələcək inkişafını təmin etmək imkanı qazandı».

N.Məmmədova görə, Heydər Əliyev Azərbaycanın düşdüyü konkret geosiyasi və tarixi şəraiti nəzərə alaraq, xarici siyasət kursunun əsas ruhunu formalaşdırıb: «Əvvəlcə, nəzərə alınırdı ki, qlobal səviyyədə geosiyasi mühit Qərbin xeyrinə ciddi surətdə dəyişmişdi. İkincisi, Rusiya ilə əlaqələri kəsmək çox təhlükəli və tarixi gerçəklik baxımından perspektivsiz idi. Üçüncüsü, məlum səbəblərdən Türkiyə bölgədə strateji tərəfdaş statusuna yiyələnməli idi. Dördüncüsü, İran böyük qonşumuz və ortaq tarixə malik olduğumuzdan xarici siyasətdə ciddi yer almalı idi… Beşincisi, strateji istiqamət olaraq Qərbə yaxınlaşma xətti götürülməli idi. Çünki proseslər göstərirdi ki, yaxın perspektivdə dünya miqyasında geosiyasi, hərbi, mədəni, iqtisadi və siyasi inkişaf baxımından Qərbə alternativi bir müddət gözləmək lazım idi».

XS
SM
MD
LG