Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:20

OPEC hasilatı azaldıb, amma Rusiya...


Rusiyada neft hasiltı.
Rusiyada neft hasiltı.

Neft ixrac edən ölkələr birliyi (OPEK-in) fevralın 13-də hesabat açıqlayıb. Bu hesabata görə, quruma üzv ölkələr neft hasilatını yanvarda razılığa gəldiklərindən daha çox azaldıblar.

OPEC ötən ilin noyabrın sonlarında neft qiymətlərini yüksəltmək və gəlirlərini artırmaq məqsədilə hasilatı 2017-ci ildən azaltmaq barədə razılığa gəlmişdi. Qısa bir müddət sonra aralarında Rusiyanın da olduğu OPEC üzvü olmayan 11 hasilatçı ölkə də bu anlaşmaya qoşulmuşdu.

Hesabata görə, kartelin 13 üzvü yanvarda gündəlik 32.1 milyon barrel neft hasil edib. Bu, hasilatda hədəf sayılan 32.5 milyon barreldən azdır. OPEC-dəki ən böyük hasilatçı olan Səudiyyə Ərəbistanı yanvarda razılaşmaya ən çox xeyir verən ölkə olub.

Rusiya, hələ, ki, öhdəlik götürdüyü gündəlik 300 min barrel azalmanın hamısını reallaşdırmayıb. Bu ölkə, OPEC-ə görə, hasilatı yalnız 120 min barrel azaldıb.

XATIRLATMA

OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələr ötən il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Azərbaycan da bu razılaşmaya qoşulub. Artıq Azərbaycan yanvar ayı ilə bağlı məlumatları da təşkilata təqdim edib. Həmin məlumata görə, bu ilin yanvarında ölkə üzrə gündəlik neft hasilatı 793.9 min barrel olub. Bunun 743.1 min barrelini xam neft, 50.8 min barrelini isə kondensat təşkil edib. Gündəlik 617 min barrel xam neft, 50.8 min barrel kondensat, 24.2 min barrel də neft məhsulları ixrac edilib.

Energetika Nazirliyindən verilən məlumata görə, bununla 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə əldə olunmuş razılaşma çərçivəsində Azərbaycan öhdəliyi tam yerinə yetirib. Yəni Azərbaycan hasilatı sutkada 35 min barrel azaldıb: «Belə ki, saziş imzalanan tarixədək, yəni 11 ayda Azərbaycanda 37 milyon 719 min 606 ton neft istehsal olunub. Orta gündəlik hasilat isə 829.1 min barrel təşkil edib».

«BU ÇOX YAXŞI NƏTİCƏDİR»

Bəs hasilatı bu qədər azaltmaq neftin qiymətinin sabitləşməsinə bəs edirmi?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, yanvarda OPEC hasilatı 1 milyon barrel, qeyri-OPEC ölkələri isə 0.5 milyon barrel azaldıblar: «Yəni, gündəlik hasilatı 1.5 milyon azalda bildilər».

Onun fikrincə, bu çox yaxşı nəticədir: «Əvvəla, 2017-ci ilin yanvar ayının nəticələrinə görə, «Brent» markalı neftin orta qiyməti 54.5 civarında müəyyənləşdi. Bu isə 2016-cı ilin yanvarı ilə müqayisədə 81 faiz artım demək idi. İkincisi, bu hesabat açıqlanandan neftin qiymətlərində daha da artıma müşahidə olunmağa başladı. Artıq bu günə (14 fevral) il başlayandan 45 gün keçib. Bu müddət ərzində cəmi 5 gün neftin qiymətləri 55 dollardan aşağı həddə olub. Yerdə qalan müddətdə isə 55-57 arasında dəyişib».

«ORTA QİYMƏT 55-60 DƏHLİZİNDƏDİR»

İ.Şaban əlavə edir ki, fevralın ilk yarısında orta qiymət yanvar ayı ilə müqayisədə 1 dollar bahadır: «Yəni, bazarda neftin orta qiyməti, artıq 55-60 dəhlizindədir. Dekabr ayından başlayan stabilləşmə üçüncü aydır ki, davam edir. Bu isə bazar iştirakçıları üçün yaxşı siqnaldır. İndi əsas məsələ bu qiymət dəhlizini bundan sonrakı mərhələlərdə də qorunub saxlanılmasıdır».

XS
SM
MD
LG