Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:34

Pandemiya 100 il öncə və indi


ABŞ 1918–1919 "İspan qripi" pandemiyası vaxtı
ABŞ 1918–1919 "İspan qripi" pandemiyası vaxtı

100 il öncəki virus daha öldürücü olsa da, hazırki pandemiyada qadağalar daha sərtdir 

O zaman da insalar maskada gəzməyə, sosial məsafə gözləməyə məcbur idilər. 100 il əvvəl də dünya pandemiya ilə üz-üzə idi – amma daha ölümcülü ilə. Söhbət “İspan qripi” kimi tanınan virusdan gedir. Amma bu, yüz ildə yaşanan yeganə pandemiya deyil.

100 il öncəki virus daha öldürücüdür, qadağalar isə...
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Son yüz ildə dünyada hava-damcı yolu ilə keçən hansı pandemiyalar olub?

Dünya Səhiyyə Təşkilatının(DST) hesabatlarına görə, son 100 ildə dünya hava-damcı yolu ilə keçən 5 pandemiya görüb.

1918-1920-ci illər - İspan qripi A(H1N1)

1957-1958-ci illər - Asiya qripi A(H2N2)

1968- 1969-ci illər - HonKonq qripi A(H3N2)

2009–2010-cu illər - Donuz qripi H1N1

2019-cu ildən indiyədək - Covid 19- SARS-CoV-2

Bu pandemiyalar ən çoxu 1 –2 il çəkib və maska geyinmək, məsafə saxlamaq, ictimai yerlərdə toplaşmamaq bəzən tələb, bəzən də tövsiyyə olub.

İspan qripi

1-ci dünya müharibəsinin sonlarında dünya İspan virusu ilə tanış olub. İlk yoluxma ABŞ -da qeydə alınıb, sonradan bütün dünyaya yayılıb. O dövrdə dünyada 500 mln nəfər, yəni hər 3 nəfərdən 1-i İspan virusuna yoluxmuşdu.

Virusun çox yayıldığı ölkələr daha sərt karantin tədbiri seçib. ABŞ-ın bir çox ştatında qoruyucu maska geyinmək məcburi olub, əməl etməyənlər cəzalanıb. Kinoteatr, əyləncə məkanları qapadılıb, sosial məsafə əsas mübarizə tədbirindən olub.

National Geographic yazır ki, bəzi yerlərdə hətta ictimai yerdə tüpürməmək və asqırmamaqla bağlı təbliğat aparılırdı.

Eyni tipli qadağalar Avropa və Asiyanın bəzi ölkələrində də tətbiq edilib. İspan virusu 1919-cu ilin sonuna yaxın səngiməyə başlayıb. Bəzi mənbələr həmin vaxt vaksin, hətta antibiotiklərin tapılmadığını yazır.

Yoluxub sağalanlarda immunitet formalaşırdı. İspan qripindən ümumi ölüm sayı 50 milyon nəfər olaraq göstərilir.

Asiya qripi

Asiya qripi ilk dəfə 1957-ci ildə Sinqapurda aşkarlanıb və pandemiya elan edilib. Bu dönəmdə maska taxmaq, sosial məsafənin saxlanması kimi tövsiyyələr edilib, mütləq olmayıb. Ölüm sayı bir milyonu keçib. Bu virusla parallel peyvənd də hazırlanıb.

1959-cu ilin sonuna doğru virusun səngiməsində və ölümlərin azalmasında vaksinin də əhəmiyyətli olduğunu qeyd edilir.

HonKonq virusu

HonKonq virusu kimi tanınan A(H3N2) virusu 1968-ci ildə yayılıb. Pandemiya dönəmində sərt karantin tədbirləri seçilməyib. Bəzi ölkələrdə yoluxmanı önləmək üçün üz maskaları istifadə edilib.

Virus 1969-ilin sonuna yaxın səngiməyə başlayıb. Ümumilikdə, bu virusdan 1 milyondan çox adamın öldüyü bildirilir.

Donuz qripi

2009-cu ildə aşkarlanan Donuz qripi XXI əsrin ilk pandemiyası sayılır. Virusun aşkarlandığı ölkələr öz vətəndaşlarına gigyena qaydalarına əməl etməyi, ictimai yerlərdə maska geyinməyi tövsiyyə edib, sadalananlar məcburi olmayıb.

Yoluxma hallarına Azərbaycanda, eləcə də, qonşu ölkələrdə də rast gəlinib. Donuz qripi bir ilə 200-dən çox ölkəyə yayılıb və virusla əlaqəli 576 minə yaxın insanın öldüyü deyilir.

2009-cu ilin sonunda artıq vaksin istehsalına başlanıb. DST 2010-cu ilin sonunda pandemiyanın sonlandığını elan edib. Hazırda Donuz qripi mövsümi qrip kimidir, bəzən isə ölümə səbəb olur.

COVİD-19

Covid 19 (SARS-CoV-2) 2019-cu ildə Çində peyda olub və qısa müddətdə dünyaya yayılıb. Hökümətlər sərt karantin tədbirlərinə keçib, dünya ölkələri sərhədləri bağlayıb, küçəyə çıxma qadağası tətbiq edilib, qoruyucu maskalardan hər yerdə istifadə, sosial məsafənin saxlanması əsas tələbə çevrilib. Azərbaycanda da karantin qaydalarını pozanlar cəzalandırılıb.

2020-ci ildən dünyada vaksinləşmə başlansa da, pandemiya hələ də davam edir. COVİD-19-dan indiyədək 4.7 milyon adamın öldüyü deyilir. Ümumilikdə, 233 mln adam koronavirusa yoluxub.

Bu məqalədə DST, ABŞ-da Xəstəlikləri Önləmə və Nəzarət Mərkəzi, Reuters agentliyi, MPH Online, Our World in Data, The History of Vaccine, Avropa Xəstəlikləri Önləmə və Nəzarət Mərkəzi, Bloomberg, ABŞ Milli Tibb Kitabxanası, Nationalgeographic- in təqdim etdiyi faktlardan istifadə edilib.

XS
SM
MD
LG