Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:56

Hadı Rəcəbli pensiya yaşının artırılması haqda: 'Əhalinin ömrü uzanıb'


Hadı Rəcəbli
Hadı Rəcəbli

«Pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur. İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir».

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli «Əmək pensiyaları haqqında» Qanuna pensiya yaşının artırılması ilə bağlı təklif olunan dəyişiklikləri «Qafqazinfo»ya şərh edərkən belə deyib.

QIRĞIN EDİRLƏR Kİ, GÜMRAHIQ, İŞLƏYƏ BİLƏRİK...

Deputat deyib ki, müəllimlər, həkimlər onlarla qırğın edirlər ki, «gümrahıq, işləyə bilərik. Amma siz bizi pensiyaya çıxardırsınız».

*Bu və digər mövzular haqda videolar Youtube Kanalımızda olacaq. Abunə olun, izləyin!

O, həmçinin qeyd edib ki, pensiyaçı qadınların dünyadan köçmə yaşı statistikaya əsasən, 78.5 ildir.

QADINLAR 12-13 İL PENSİYA ALACAQLAR

«Biz qadınlara orta hesabla 78.5 yaşına qədər pensiya veririk. Amma bizim hesablamamızla pensiya haqqını ödəmə 12 il müddətinə verilməlidir. Yəni, qadın 72 yaşına qədər pensiya almalıdır. Biz yuxarı yaş həddini müəyyən edə bilmədiyimizə görə pensiyaya çıxma yaşını artırıb 65 edirik. Yəni, qadınların pensiya yaşı 65-ə çatdıqdan sonra onlar minimum 12-13 il pensiya alacaqlar».

Buna da bax-Çex pensiyaçı azərbaycanlı yaşıdlarının yaşayışını 'dəhşətli' adlandırır [video]

Komitə sədri 12 illik staj müddətinin ləğv olunması ilə bağlı dəyişiklik təklifini «obyektiv, lazımlı və xeyirli» adlandırıb. «Adam var ki, 5 il yüksək maaşla yaxşı ödəmə edib. Amma pensiyaya çıxmaq istəyir və ona deyirlər ki, 12 illik stajın yoxdur, sənə pensiyaya çıxmaq olmaz. Amma indi 12 illik stajın olmasa da, sənin sığorta haqqı ödəmə məbləğinin ümumi həcmini 144-ə böləndə 110 manat edirsə, pensiyanı ala bilərsən. Burada əsas məsələ sosial ədalət prinsipinə əsaslanmaqdır», - deputat bildirib.

XATIRLATMA

Milli Məclisin Əmək və sosial siyasət komitəsi fevralın 28-də «Əmək pensiyaları haqqında» Qanuna təklif olunan dəyişiklikləri müzakirə etmişdi. Pensiya qanununa 98 dəyişiklik təklif edilir.

Dəyişikliklər, əsasən, pensiya yaşının və pensiyaya çıxmaqdan ötrü iş stajlarının artırılması ilə bağlıdır.

Mövcud qanuna görə, kişilər 63, qadınlar isə 60 yaşında pensiyaya çıxır. İndi bu yaş həddini 65-ə qaldırırlar. Üstəlik, Azərbaycanda orta ömür həddi ilə bağlı rəsmən açıqlanan rəqəmlərə ciddi şübhələr var.

XS
SM
MD
LG