Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:57

Müavinətlər və pensiyalar verilmir


"ATM". Karikatura.
"ATM". Karikatura.

“Növbəti müavinətin vaxtına 1 həftə qalıb. Mən hələ də keçən ayın 20-dən qalan müavinətimi almamışam”.

Maştağa sakini Nərminə Məmmədova bayramla əlaqədar qeyri-iş günlərini də yola verəndən sonra kartını götürüb bankomat aparatına yaxınlaşıb ki, bəlkə müavinəti köçmüş ola. Ancaq dilsiz-ağızsız aparat onu yenə sevindirə bilməyib. Deyir, hər gün, azı, iki dəfə balansı yoxlayır, müavinət köçməyib. Halbuki, Nərminə xanımın növbəti müavinətinin köçürülməsinə barmaqla sayılacaq günlər qalıb.

Buna da bax:​ Müavinət və pensiyalarını almayanlar var

Nərminə xanım dəfələrlə Sabunçu rayon Dövlət Sosial Müdafiə Fondu ilə telefon əlaqəsi saxlayıb. Deməsinə görə, hər dəfə ona “səbirli ol, sabah köçəcək” cavabı verilir. Yanvarın 12-də yenə Fonda zəng vuranda telefon xəttinin o başındakı zərif, incə səsli xanımı qabaqlayır: “Bircə demə, sabah köçəcək”. Ancaq yenə də doğru-dürüst cavab ala bilmir.

“SABAHDAN BÜTÜN PENSİYALAR KÖÇƏCƏK”

Nərminə xanım deyir, ötən ay onun kimi çoxu müavinətini ala bilməyib. Sabunçu rayon DSMF-dən isə AzadlıqRadiosu-na bildirilib ki, sosial müavinətlər köçürülüb: “Ola bilsin, texniki məsələdir, Nərminə xanım məsələni DSMF-yə yaxınlaşmaqla aydınlaşdıra bilər”.

Buna da bax: Qiymətlər qalxır, maaşlar, pensiyalar yox

Keşlədə isə əmək pensiyalarını almayanlar var. Hər gün bankomat qarşısına toplaşan təqaüdçülər aparatdan kor-peşman uzaqlaşırlar. Keşlə sakini Arif Həsənov deyir, əmək pensiyası hər ayın 6-da verilir. Bir həftə keçib, hələ də pensiyalar köçürülməyib:

“Özüm zəng vurmuşam, bir dəfə dedilər, ‘Maliyyə Nazirliyi köçürmür’. Sonrakı zənglərimə cavab vermirlər, dəstəyi götürüb atırlar kənara...”

Nizami rayon Sosial Müdafiə Fondundan “Qaynar xətt”ə bildirilib ki, gecikmələrin səbəbi onlardan asılı deyil. Yanvarın 13-də bütün pensiyalar köçürüləcək.

XS
SM
MD
LG