Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:17

Putin niyə gözə dəymir?


Son günlər Qərb mediasında dərc olunan məqalələrdə bu sual bu və ya digər şəkildə səslənir.

Time jurnalı yazır ki, Rusiya ABŞ və Avropa ölkələrindən fərqli olaraq epidemiyaya görə bağlanan bizneslərə çox məhud dəstək verə bilib.

Rusiyada koronavirusa yoluxmaların sayı əksər Avropa ölkələrində olduğundan az olsa da, bu fərq sürətlə aradan qalxır.

Time Moskva meri Sergey Sobyanınə istinadən yazır ki, ölkə hələ nəinki yoluxmaların zirvə nöqtəsinə çatmayıb, olsa-olsa yalnız “bu dağın ətəklərindədir”.

Putin bu böhrana tam hazırlıqsız idi

Məqalədə deyilir ki, koronavirusa yoluxma hallarının sayı nisbətən aşağı olsa da, epidemiyanın Rusiya iqtisadiyyatına vurduğu zərbə artıq göz qabağındadır.

Kiçik və orta bizneslər bağlanmaları ilə əlaqədar hakimiyyətdən maliyyə dəstəyi tələb edirlər və belə petisiyalardan biri artıq 300 min nəfər tərəfindən imzalanıb. Ölkənin müxtəlif şəhərlərində nizamsız etiraz aksiyaları baş verir.

Time yazır ki, ağır vəziyyətə baxmayaraq, belə görünür, ölkənin lideri böhranın kəskinləşdiyi bir vaxtda özünü arxa plana keçirib və bütün məsuliyyəti Moskva meri Sergei Sobyaninlə baş nazir Mikhail Mishustin-in ixtiyarına buraxıb.

Londondakı Chatham House anatlik mərkəzindən Nikolay Petrov deyir ki, Putin bu böhrana tamamilə hazırlıqsız idi:

“O məhz buna görə indi gözə dəymir. Çətinlikləri Sobyanin və Mishustin-in üzərinə atıb. Əgər epidemiya pisləşərsə, məsuliyyəti də onlar daşımalı olacaqlar”.

London Kollec Universitetinin Rusiya siyasəti üzrə mühazirəçisi Ben Noble bildirib ki, “bu, Putinin köhnə xasiyyətidir və o, özü üçün ziyanlı ola biləcəyi hallarda liderlikdən geri çəkilə bilir”.

Koronavirus, yoxsa pnevmoniya

Rusiya Həkimlər Alyansının rəhbəri Anastasia Vasilieva isə deyir ki, Rusiyada koronavirusla bağlı göstərilən rəqəmlər reallıqda olduğundan qat-qat aşağıdır.

Onun sözlərinə görə, təkcə bu ilin yanvarında pnevmoniya xəstələrinin sayı 30 faiz artıb.

Vasilievanın fikrincə bunların da koronavirus xəstələri olduqlarını güman ertmək olar.

Anastasia Vasilieva qeyd edir ki, Rusiyada koronavuirusa yoluxmuş çox sayda insana pnevmoniya diaqnozu qoyulur.

Time yazır ki, Vasilieva aprelin əvvəllərində xəstəxanalardan birinə qoruyucu geyim apararkən polis tərəfindən saxlanıb və karantin qaydalarını pozmaqda ittiham edilib.

Rusiya böhrandan çıxmaq üçün bütün pul ehtiyatını xərcləməlidir

Ben Noble bildirir ki, neft və qaz qiymətlərinin kəskin düşməsi, ixracatının üçdə ikisini enerji daşıyıcıları təşkil edən Rusiyada həyat səviyyəsini daha da pisləşdirəcək.

Ekspertlərin fikrincə bu böhranda Rusiya əhalisinin 15 faizi və yaxıd 8 milyon nəfəri işini itirəcək. Bu isə ilk növbədə ölkə lideri üçün pis xəbərdir.

Noble deyir ki, Putin aprelin 15-də bizneslərin qorunub saxlanması üçün iqtisadi dəstək planını təqdim etmişdi.

Bu plana aprel-may aylarında hər bir işçiyə 12,130 rubl (160 dollar) dəstək verilməsi nəzərdə tutulub.

Lakin Rusiya Audit Palatasının rəhbəri Alexei Kudrin RBK agentliyinə deyib ki, bu yardım qətiyyən yetərli deyil.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatının böhrandan çıxarılması üçün ÜDM-ın azı 7 faizini xərcləmək lazım gələrdi. Bu isə Putinin təklif etdiyi dəstəkdən 4 dəfə çoxdur. ÜDM-in 7 faizi 165 milyard dollardır və əslində ölkənin valyuta ehtiyatı da bu qədərdir.

Krımın ilhaqı daha kara gəlməyəcək

R.Politik siyasi təhlil mərkəzinin təsisçisi və rəhbəri Tatiana Stanovaya bildirib ki, Kreml daha artıq pul xərcləmək həvəsində deyil.

Təhlilçi deyir ki, indiyə qədər 900-dək şirkət ümumi məbləği 81 milyon dollar olan güzəştli kreditlər üçün müraciət edib. Halbuki hələlik bu kreditlərin heç 1.2 faizi də verilməyib.

Stanovayanın fikrincə hökumət elə bilir ki, iqtisadiyyatın 42 faizini təşkil edən orta ölçülü biznesə məhəl qoymaya bilər, lakin bu, həm də Putini dəstəkləyən əsas təbəqədir.

Time jurnalının yazdığına görə ağır iqtisadi vəziyyət Putinin 2024-cü ildən sonra da hakimiyyətdə qalmaq planlarını poza bilər.

Londondakı Chatham House anatlik mərkəzindən Nikolay Petrov deyir ki, böhran Putinə olan etimadı “sıfırlayıb” və Krımın ilhaqı kimi “nailliyyətlər” bundan sonra rusiyaları qane etməyəcək.

XS
SM
MD
LG