Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:51

Putin taxıl müqaviləsinin şərtlərini dəyişmək istəyir


Vladimir Putin forumda çıxış edərkən
Vladimir Putin forumda çıxış edərkən

Rusiya Prezidenti Vladimir Putin Ukraynadan taxıl ixracının yoxsul ölkələrə gedib çıxmadığını deyib. Putin hazırkı ərzaq böhranının humanitar fəlakətə çevrilə biləcəyi haqda xəbərdarlıq səsləndirib.

Bu açıqlamalar Ukraynanın blokadadakı limanlarından milyonlarla ton taxılın daşınmasını nəzərdə tutan altı həftəlik razılaşmanın taleyi ilə bağlı şübhələrə yol açıb.

Sentyabrın 7-də Vladivostokda Şərq İqtisadi Forumunda çıxış edən Putin deyib ki, Moskva Ukrayna taxılının daşınması üçün marşrutları dəyişdirmək haqda düşünə bilər.

Onun sözlərinə görə, Rusiya Ukraynanın taxıl ixrac edə bilməsi üçün əlindən gələni edib.

Taxıl Aİ-yə gedir?

Moskva taxıl ixracı sövdələşməsində dəyişikliklərə təşəbbüs göstəribmi? Ukraynanın Kənd təsərrüfatı naziri Nikolay Solski Putinin çıxışından sonra "Reuters"in sualına cavabında deyib ki, "öz səviyyələrinddə" belə bir təşəbbüslə qarşılaşmayıblar.

Rusiyanın özündən daha kiçik postsovet qonşusu Ukraynanı tabe etdirmək üçün başladığı genişmiqyaslı hücum qlobal ərzaq və enerji qiymətlərini yüksəldib.

"Ukraynadan ixrac edilən taxılın demək olar ki, hamısı kasıb dövlətlərə deyil, Aİ ölkələrinə göndərilir", – Putin Vladivostokda deyib, lakin o, hər hansı sübut təqdim etməyib.

O əlavə edib ki, “bu yanaşma ilə dünyada ərzaq problemlərinin miqyası yalnız böyüyəcək”.

İyulda BMT və Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukraynanın imzaladığı ixrac sazişi milyonlarla ton taxıl və gübrənin Qara dəniz limanlarından çıxarılmasına əngəli aradan qaldırmağı nəzərdə tuturdu.

Bir aya 1 milyon tondan çox məhsul ixrac edilib

Avqustun sonunda Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna taxıl ixracı müqaviləsindən sonrakı ilk ayda dəniz yolu ilə 1 milyon tondan çox kənd təsərrüfatı məhsulu ixrac edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 6-da Qərbin Rusiya ərzaq ixracatının qlobal bazarlara çıxmasına kömək vədini yerinə yetirməməsindən gileylənib.

Avqustda BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri də xəbərdarlıq edib ki, hətta Ukrayna ixracını bərpa etsə belə, “qlobal ərzaq böhranı azı daha 12 ay davam edəcək”.

BMT-nin Qara Dəniz Taxıl Təşəbbüsünün koordinatoru Əmir Abdulla bir neçə həftə sonra xəbərdarlıq edib ki, taxıl müqaviləsi anbarlarda bir az yer boşaldıb. "Ancaq növbəti məhsula yer açmaq üçün milyonlarla ton ərzaq Ukrayna siloslarından köçürülməlidir", – Abdulla əlavə edib.


Turbin birbaşa Rusiyaya göndərilərsə...

Putin həmçinin “Şimal axını” qaz kəmərinin Avropaya “praktiki olaraq bağlandığını deyib və böhranda Qərbi günahlandırıb.

Putin Qərbin Moskvanın öz enerji ixracından “silah” kimi istifadə etməsi ilə bağlı ittihamlarını rədd edib, eyni zamanda, neft və qazı asanlıqla bütün dünyaya sata biləcəyi ilə fəxr edib. O, qitəyə qaz tədarükündə mövcud fasilələrə görə avropalıları günahlandırıb.

Şərq İqtisadi Forumunda çıxış edən Putin deyib ki, “Şimal axını 1” boru kəmərinin sonuncu işlək turbin sıradan çıxdığından bağlı qalacaq.

Onun sözlərinə görə, Rusiya “Qazprom” şirkəti “Şimal axını 1” vasitəsilə qaz tədarükünü turbin verilərsə və birbaşa Rusiyaya göndərilərsə bərpa edəcək.

“Şimal axını 2” işə salına bilər

Putin həmçinin deyib ki, Rusiya zərurət yaranarsa, “Şimal axını 2” qaz kəmərini işə sala bilər.

“Qazprom” avqustun 31-də “Şimal axını 1”in tədarükünü üç günlük müntəzəm texniki xidmət göstərəcəyinə görə dayandırıb, lakin turbində nasosda sızma olduğunu əsas gətirərək axını bərpa edə bilməyib.

“Qazprom”un alman tərəfdaşı Siemens Energy, tarixən Rusiya qazının Avropaya tədarükünün təxminən üçdə birini həyata keçirən “Şimal axını 1”in dayandırılması ilə bağlı Moskvanın təmir barədə iddiasını mübahisələndirib.

“Qazprom” Qərbin sanksiyalarının xaricdən yeni turbinin bu yay birbaşa çatdırılmasına mane olduğunu bildirib.

“Şimal axını 2” Rusiya və Almaniya arasında Baltik dənizi üzərindən keçən 11 milyard dollarlıq boru kəməridir. Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində yüksək gərginliklə bağlı Berlin kəmərin sertifikatlaşdırmağı dayandırıb.

'Azərbaycan qazı birinci bizə satsın'
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

Putinin ittihamı

Qərb liderləri dəfələrlə Moskvanı Rusiya qazının əsas tranzit ölkəsi olan Ukraynaya qarşı genişmiqyaslı müharibəylə bir vaxtda qaz və digər enerji tədarüklərindən “silah kimi istifadədə” ittiham ediblər.

Putin Vladivostokda sanksiyaların qaz böhranına səbəb olduğunu deyib və Ukraynanın öz təşəbbüsü ilə Rusiya qazı üçün öz ərazisindəki marşrutlardan birini bağladığını bildirib.

O, həmçinin deyib ki, Polşa Qərbi Sibirdən Belarus və Polşadan keçməklə Almaniyaya gedən Yamal-Avropa kəmərini bağlayıb.

Yamal-Avropadan qaz bu ilin əvvəlindən Polşa ilə Almaniya arasında nəql olunmağa başlayıb və Moskva boru kəmərinin Polşa seqmentinin sahibinə qarşı sanksiyalar tətbiq edib.

Putin Aİ-nin Rusiya qazına mümkün qiymət həddi ilə bağlı müzakirələrini “səfeh” adlandırıb.

XS
SM
MD
LG