Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:34

'Putinin yaxtası'na da növbə çatdı?


"Şeherezada" yaxtası
"Şeherezada" yaxtası

Bu yaxtanın Putinlə əlaqəsi isbat olunarsa, gəmi həbs olunacaq, çünki Rusiya prezidenti Avropa İttifaqının sanksiya siyahısındadır

Xəbər verilir ki, uzunluğu 140 metr olan superyaxta 2020-ci ildə Almaniya tərsanəsindən buraxılıb və dünyanın ən böyük yaxtalarından biri sayılır.

Mart ayının ortalarında The New York Times mənbələrə istinadən yazırdı ki, Amerika rəsmiləri bu yaxtanı Rusiya prezidenti Vladimir Putinlə bağlayırlar.

Qəzet bunu da bildirirdi ki, bu yaxta iki dəfə - 2020 və 2021-ci illərdə Soçidə olub. Putin ildə bir neçə dəfə bu şəhərdəki iqamətgahında olur.

Məqalədə deyilirdi ki, yaxta ilə Putin arasındakı əlaqə barədə onun ekipaj üzvlərindən biri deyib.

Rusiya müxalifətçisi Aleksey Navalnının komandası yaxtanın ekipaj üzvlərinin siyahısını əldə etmişdi.

Aydın olmuşdu ki, yaxta kapitanının birinci köməkçisi, botsmanı, botsmanın köməkçisi, bir neçə mühafizəçi və ekipajın daha bir neçə üzvü Federal Təhlükəsizlik Xidmətinin (FTX) hazırda fəaliyyətdə olan əməkdaşlarıdır.

Bu da qeyd olunur ki, yaxtada kapitandan başqa bütün heyət üzvləri Rusiya vətəndaşlarıdır.

Yaxta Kaliniqrada çatan kimi...

Navalnı komandasının təhqiqatında deyilir ki, bu FTX əməkdaşlarının əksəriyyətinin ünvanı olaraq Soçi şəhəri göstərilib.

Təhqiqat hesabatında deyilir ki, yaxta heyətinin 23 üzvünün yarısı FTX agentidir.

Bundan əvvəl gəminin kapitanı Qay Bennet-Pirs jurnalistlərə demişdi ki, Putin yaxtanın sahibi deyil və onun göyərtəsdində heç vaxt olmayıb.

Amma kapitan yaxtanın həqiqi sahibinina adını deməkdən də imtina etmişdi.

Xəbər verilir ki, “Şeherezada” (Şəhrizad) yaxtasının Putinlə əlaqəsi isbat olunarsa, gəmi həbs olunacaq, çünki Rusiya prezidenti Avropa İttifaqının sanksiya siyahısındadır.

Hazırda superyaxta Toskananın (İtaliya) Marina di Karrara limanındadır.

Mart ayının ortalarına olan məlumata görə yaxta təmir olunurdu.

Ötən fevralda Hamburq portundan Kalininqrada 82 metr uzunluğu olan “Graceful” superyaxtası gəlmişdi.

Onu da Putinin adı ilə bağlayırlar. Xəbər verilir ki, bu yaxta Kalininqrad limanına daxil olan kimi Rusiya başçısı Ukrayna ilə müharibə elan edib.

XS
SM
MD
LG