Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:43

Putinin keçmiş arvadının kredit şirkəti ‘tapılıb’


Lyudmila Putina
Lyudmila Putina

Populyar Sobesednik qəzetinin verdiyi məlumata görə Rusiya prezidenti Vladimir Putinin keçmiş arvadı Lyudmila mikrokreditlər verən “Karmani” şirkətinin şəriki olubmuş.

Qəzet yazır ki, 2019-cu ilin birinci yarısının nəticələri üzrə bu şirkət kredit fondunun böyüklüyünə görə kredit bazarında 6-cı yeri tutub.

Bu da bildirilir ki, Putina bu şirkətə şərik olandan sonra onun bazardakı mövqeyi xeyli yaxşılaşıb.

Sobesednikin məlumatına görə Lyudmila Shkrebneva (Putinanın qızlıq soyadı) Meridian şirkətinə daxil olan İnteryerservis firmasının sahibidir.

Prezidentin keçmiş arvadı 2018-ci ildə Kiprdə yerləşən Carmoney CY LTD ofşor şirkətindən 7 faizlik paya sahib olub. Sözü gedən Karmani firması da bu ofşor şirkətə bağlıdır.

Meridian firması 2018-ci ildən bu şirkətin şərikinə çevrilib. Elə həmin ilin dördüncü rübünün nəticələrinə görə şirkət ilk dəfə olaraq gəlir verməyə başlayıb və bunun ardınca kredit fondunu genişləndirib.

Vladimir Putin və Lyudmila Shkrebneva 30 il evli olublar. Onların bu nikahdan iki qızı var.

2013-cü ildə Putin arvadından rəsmən ayrıldığını elan edib.

2016-cı ildə elə həmin Sobesednik qəzeti Lyudmilanın biznesmen Artur Ocheretny ilə yeni nikahından yazmışdı.

Kremldə dövlət başçısının və onun keçmiş arvadının şəxsi həyatı barədə qətiyyən şərh vermirlər.

2017-ci ildə Mütəşəkkil Cinatəkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi- OCCRP təşkilatının təhqiqat jurnalistləri Fransada Atlantik okeanının sahilində Ocheretny-ya məxsus villa aşkar etmişdilər.

Bu villanın qiyməti təxminən 6 milyon avrodur, lakin jurnalistlər Ocheretny-nın biznes layihələrinin o qədər də uğurlu olmadığını vurğulayırlar.

Sonralar Dojd telekanalı bu evin kimsəsiz qaldığını xəbər vermişdi. Belə ehtimal olunurdu ki, bu, jurnalistlərin villaya həddən çox maraq göstərməsinin nəticəsində baş verib.

XS
SM
MD
LG