Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:37

Azərbaycan Xankəndidə kimlə danışmalıdır? – Ekspertlərin dedikləri


Qarabağdan son xəbərlər. "Erməni hərbçilər Laçın yolundan mülki geyimdə keçirlər"
Gözlə

No media source currently available

0:00 0:15:55 0:00

Qarabağdan son xəbərlər. "Erməni hərbçilər Laçın yolundan mülki geyimdə keçirlər"

Xankəndidə rəhbər dəyişikliyi Bakıya hansı çətinliklər yaradıb? AzadlıqRadiosununn Erməni xidməti yazır ki, 44 günlük müharibədən sonra əsasən humanitar məsələlərlə bağlı olsa da, Azərbaycan tərəfi ilə təmaslara girən yeganə şəxs Vitali Balasanyan idi. O da yanvarın 10-da istefa verib.

Bakıda həm də deyirlər ki, Xankəndi ilə danışıqları pozan “Moskvanın adamı” Ruben Vardanyanın dövlət naziri təyin olunmasıdır. Ermənistandan olan ekspertsə deyir, Ruben Vardanyan bəhanədir, Azərbaycan istəsə danışmağa adam tapar.

Bakıda prezidentin sərəncamı ilə yaradılmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyir ki, Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağdakı ermənilərlə təmaslar qursa da, buna Vardanyan gələndən son qoyulub. Bir aydan çoxdur ki, Xankəndinə gedən Laçın yolunda məhdudiyyətlər yaranıb.

Fərid Şəfiyev deyir ki, Azərbaycan höküməti bir neçə gün əvvəl Qarabağdakı ermənilərə təkliflər paketi göndərib. Bu təkliflər paketinə Qarabağdakı Azərbaycan təbii sərvətlərinin talanmasına son qoyulması, Laçın yolu ilə nələrin daşınmasına nəzarət mexanimzinin yaradılmasıdır:

“Bizdə artıq sübutlar da var ki, ərazimizə qeyri-qanunu şəkildə minalar gətirilib. Laçın yolu qeyri-humantirar məqsədlə istifadə edilir. İlk növbədə söhbət ondan gedir ki, ermənilərin hərbçiləri hərdən bir sivil geyimdə, sivil maşında hərəkət edirlər, hərbi sursat da daşınır. Üçtərəfli bəyanatla bağlı Qərb ölkələri bizə çox vaxt deyir ki, bizim öhdəliyimiz var. Bəli, öhdəliyimiz var, amma yol da düzgün istifadə olunmalıdır. Azərbaycan höküməti Qarabağ ermənilərinə yardım göstərməyə hazırdır. Əgər nəsə daşımaq istəyirlərsə biz ona da razıyıq. Ermənilərin orda şousunun əsas məqsədi odur ki, orda aclıq və sair olduğunu göstərsinlər”.

Fərid Şəfiyev deyir ki, onda olan məlumata görə Vardanyanın təsiri ilə Qarabağdakı ermənilər Azərbayanın təkliflərinə müsbət cavab verməyiblər.

Lavrov: 'Sülhməramlıların Laçın dəhlizindən silah daşınmadığını yoxlamaq hüququ var'
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

“Azərbaycan Vardanyana fikir verməsin…”

1990-cı ilərdəki Ermənistan prezidenti Levon Ter Petrosiyanın baş müşaviri olmuş Jerard Libaridyan deyir ki, heç Vardanyandan əvvəl də orda əsaslı danışıqlar getmirdi.

O bildirir ki, özü 1999 və 2003 cü illərdə Bakıda olanda həm keçmiş prezident Heydər Əliyevə, həm də İlham Əliyevə Qarabağdakı ermənilərlə danışmağın vacib olduğunu çatdırıb.

Libaridyan qeyd edib ki, Vardanyan Qarabağa yeni gəlib, amma orda əsas danışılmalı adam separatçı rejimin prezidenti Arayik Arutunyandır:

“Bakının Arutunyanla da söhbət etmək imkanı var. Sahakyan var, Arkadi Buqasyan vardı. Azərbaycanın bu imkanları vardı ki, onlarla danışsın. Amma etmədi. Qarabağın öz içində də Vardanyanın dediyi sözlərdən, atdığı addımlardan narazılıqlar var. İkinci tərəfdən Vardanyanın mövqeyi çox məhduddur, onun geniş mandatı da yoxdur. Bakı asanca onu “iqnor” edə bilər. Hazırda Arayik danışıqlar üçün daha doğru adamdır. Bakı özünün və və Arayikin mövqeyini gücləndirə və Vardanyanın mövqeyini zəifləydə bilər”.

Ermənistanda müdafiə nazirinin istefası istənilir
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Azərbaycanın daxili işi

ABŞ Dövlət katibinin keçmiş məsləhətçisi Pol Qobl deyir ki, nə olur olsun Azərbaycan bu danışıqları davam etdirməlidir. O bildirir ki, əgər beynəlxaq ictimaiyyət Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsa, onda bu Azərbaycanın daxili işidir ki, məsələni həll etsin:

“Azərbaycan üçün bütün vətəndaşlarla danışmaq önəmlidir. Etnik azərbaycanlılar etnik ermənilərlə eynidir. Azərbaycanın bu danışıqları davam etdirməsini sadəcə alqışlaya bilərik. Əgər burda uğur qazanılmırsa və ya hansısa maneələr varsa beynəlxalq ictimaiyyətə bunu aydınlaşdırmalıdırlar ki, problem Bakıda deyil. Problem Ermənistanda və ya Ermənistandakı fəallarla bağlıdır.”

Bundan əvvəl Azərbaycan rəsmilərinin Qarabağdakı ermənilərlə təmasları olub. Məsələn Sərsəng su anbarı ilə bağlı Qarabağdakı erməni icması ilə danışıqlar olmuşdu.

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Fərid Şəfiyevsə deyir ki. Azərbaycanın tələblərinə müsbət cavab verilənədək bu aksiyalar davam edəcək.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG