Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:30

ABŞ-ın ATƏT-dəki səfiri Qarabağın humanitar yardımla təminatını tələb edir


ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter
ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter

ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenterin (Michael Carpenter) Azərbaycanın etnik ermənilərin məskunlaşdığı ərazilərə humanitar yardımın çatdırılmasını tələb edir. Sentyabrın 15-də RFERL-ə danışdan səfir bildirib ki, Azərbaycan blokadada saxladığı Qarabağa humanitar yardımın göndərilməsinə icazə verməlidir:

Ərazidə humanitar vəziyyət olduqca ağırdır. Qarabağa az sayda beynəlxalq çıxış olduğu üçün orada dəqiqliklə nə baş verdiyini söyləmək çətindir. Amma qida, dərman, körpə formulalarının çatışmazlığı ilə bağlı məlumatlar var. Bu da oradakı əhali üçün çox gərgin vəziyyət yaradır”.

Səfiri Maykl Karpenter bildirib ki, ABŞ Ermənistan və Azərbaycan arasında münasibətləri normallaşdıracaq və regiona davamlı sülh gətirəcək həll yoluna vasitəçilik etməyə çalışır. Amma o əlavə edib ki, indiki durumda, yaxın perspektivdə Qarabağa humanitar yardım göndərilməsini təmin etmək zəruridir.

Laçın dəhlizi ilə paralel, Ağdam-Əskəran yolu...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir.

Sentybarın 12-də Rusiya Qırmızı Xaç Komitəsinin Qarabağda yaşayan əhaliyə göndərdiyi ərzaq Ağdam yolu ilə Xankəndiyə çatıb.

Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd-buraxılış məntəqəsində sərhəd və gömrük prosedurlarına əməl etməklə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazır olduğunu bəyan edib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG