Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:09

Ramanalılar: "Niyə prezidentin dediyinə əməl edilmir?"


İllüstrasiya
İllüstrasiya

►"Dəfələrlə icra hakimiyyətində qəbulda olmuşuq. Hər dəfə arxayın edirlər ki, səbir edin, düzələcək"

“Məhəllədaxili yollarımız pis gündədir, payız-qış başlayanda bu yollar əməlli-başlı bataqlığa çevrilir”.

Bunu “Qaynar xətt”ə Suraxanı rayonu, Ramana qəsəbəsində yaşayan Fərman İsayev deyir.

Onun sözlərinə görə, sakinlər toplaşıb tez-tez ara yolları öz vəsaitləri hesabına düzəldirlər. Ancaq çəkdikləri əziyyətin səfasını görə bilmirlər:

“Tez-tez məhəllədaxili yollara öz aramızda topladığımız vəsait hesabına daş-çınqıl döşəyirik. Keçən il “Azərsu” qəsəbədə yeni su xətləri çəkəndə yolları qazıb tökdü. Öz vəsaitimiz hesabına, min əziyyətlə düzəltdiyimiz yollar yenidən bataqlığa çevrildi”.

Buna da bax: «Hadisədən sonra məscidə gedib namaz qıldıq»

“SƏBR EDİN, DÜZƏLƏCƏK”

Uzun müddətli şikayətlərdən sonra nəhayət, 1 il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti məhəllədaxili yolların bir hissəsini asfaltlayıb. Ancaq yenə də sakinlərin sevinci uzun sürməyib:

“Elə yenicə sevinirdik ki, işlər yarımçıq qaldı. Aksiya da keçirdik. Suraxanı rayon icra hakimiyyətinin başçısı gəldi, söz verdi ki, yaxın vaxtlarda işlər davam edəcək. Biz də inandıq”.

Ötən payız yağış küçənin ayıblarını yenə üzə çıxarıb. Sakinlər də üz tutublar Suraxanı rayon icra hakimiyyətinə. Hər dəfə də onlara səbirli olmağı məsləhət görüblər:

"Dəfələrlə icra hakimiyyətində qəbulda olmuşuq. Hər dəfə arxayın edirlər ki, səbr edin, düzələcək".

Buna da bax: Əli Kərimli: «Aksiyanı xəlvət keçirmirik»

“DƏRDİMİZİ KİMƏ DEYƏK?”

Qəsəbə sakini Fuad Həziyevin sözlərinə görə, yolların bataqlıq olmasından ən çox məktəblilər əziyyət çəkir:

"Hər evdən məktəbə azı bir uşaq gedir. Geri qayıdanda küçənin palçığını da özləri ilə evə daşıyırlar. Əyin-başlarındansa danışmağa dəyməz".

“Doğrudanmı ümumi uzunluğu 2-3 km olan bu ensiz yolları abadlaşdırmaq belə böyük vəsait tələb edir? Asfalta vəsait yoxdursa, heç olmasa, yollara çınqıl döşəməyə də imkan yoxdur? Biz bilmirik dərdimizi indi kimə deyək. Biz sakinlər prezident İlham Əliyevin bütün çıxışlarına diqqətlə qulaq asırıq. Prezident deyir ki, Bakıda, qəsəbələrdə bir dənə də olsun torpaq yol qalmamalıdır. Bəs niyə məmurlar bu göstərişə əməl etmir?” - cavabını ala bilmədikləri bu suallar ramanalıların beynini hər gün məşğul edir.

Suraxanı Rayon İcra Hakimiyyətindən "Qaynar xətt"ə bildiriblər ki, Bakı şəhərinin digər ətraf qəsəbələri kimi Ramana qəsəbəsində də bütün məhəllədaxili yolların abadlaşdırılması “Bakı və ətraf qəsəbələrin inkişafına dair” III Dövlət Proqramına daxil edilib.

XS
SM
MD
LG