Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:42

Rusiya səfiri Bosniyanı Ukraynanın gününə düşə biləcəyi ilə hədələyir


Bosniya-Herseqovinadakı serblərin Putinə dəstək aksiyalarından birində
Bosniya-Herseqovinadakı serblərin Putinə dəstək aksiyalarından birində

ABŞ-ın Sarayevodakı səfirliyi Rusiya səfirinin bəyanatını qətiyyətlə pisləyib

Rusiyanın Bosniya-Herseqovinadakı səfiri deyib ki, bu ölkə NATO-ya qoşulsa, onu da Ukraynada olduğu kimi qəddar təcavüz gözləyə bilər.

The Independent yazır ki, martın 17-də televiziyaya müsahibə verən səfir İqor Kalbuxov deyib ki, hansısa bloka qoşulmaq ölkələrin öz suveren işidir.

Amma o əlavə edib ki, bu halda Rusiya “reaksiya” verəcək.

Kalbuxov yerli FTV telekanalına deyib:

“Əgər Bosniya-Herseqovina hər hansı alyansın üzvü olmaq istəsə, bu onun daxili işidir. Bizim buna necə reaksiya verəcəyimiz isə bir başqa məsələdir. Ukraynanın nümunəsi bu halda nəyin gözləndiyini göstərir. Əgər bizə hər hansı hədə olsa, biz cavab verəcəyik”.

Səfir daha sonra Qərb ölkələrini Bosniya ilə bağlı vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Amma Kalbuxov bunu da deyib ki, Kremlin qonşu Ukraynaya hücum etmək niyyəti yoxdur.

Rusiyanın ali rəhbərliyi Ukraynada davam edən tammiqyaslı müharibəyə baxmayaraq hələ də bu suveren ölkəyə hücum etdiyini danır.

ABŞ-ın Sarayevodakı səfirliyi Rusiya səfirinin bəyanatını qətiyyətlə pisləyib. Səfirliyin paylaşdığı tvitdə deyilir:

“Rusiya səfirinin Bosniya-Herseqovinaya son təhdidləri təhlükəli, məsuliyyətsiz və qeyri-məqbuldur. Suveren ölkələrlə NATO arasındakı münasibətlərdə üçüncü bir tərəfə yer yoxdur. Biz Bosniya-Herseqovinanın Avroatlantika icmasında öz yerini tutmağa çalışdığı bir vaxtda qəti şəkildə bu ölkənin yanında olacağıq.”

The Independent yazır ki, Rusiya Bosniyaya müdaxilə etmək üçün NATO üzvü olan Polşa, Çexiya, Slovakiya, Macarıstan, Sloveniya və Xorvatiyanın ərazilərindən keçməli olardı.

XS
SM
MD
LG