Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:57

Rusiya dövlət televiziyaları beyinləri necə yuyur


İradə Zeynalova, arxiv fotosu
İradə Zeynalova, arxiv fotosu

Sosioloq Lyubov Borusyakın fikrincə, Ukraynaya qarşı müharibə Rusiya cəmiyyətinə “Krım hadisələrində olduğu kimi emosional yüksəliş gətirmədi”

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynanı işğal göstərişi verəndən dövlət televiziyaları müharibə, Kiyev və Qərbin addımları barədə əsaslandıılmamış, kökündən saxta iddialar səsləndiriblər.

Martın 26-da NTV televiziyasında gedən süjetdə mühasirədə olan Mariupol sakinləri kimi təqdim olunan şəxslərdən biri deyir ki, Ukrayna qüvvələri oyun meydançalarında uşaqları “oyundakı kimi” güllələyirlər. Bir qəzəbli kişi yumruğuyla “o faşistləri... narkomanları” söyür.

Daha sonra proqramda qonaq olan RT-nin baş redaktoru Marqarita Simonyan göz yaşlarına boğularaq bir sıra iddialar səsləndirir: guya Ukrayna qüvvələri uşaqları klastr bombaları ilə hədəfə alır; Ukrayna Prezidenti Volodimir Zelenski özəl medianı qadağan edib; ukraynalılar rusları adam yerinə qoymur və sairə.

“Hərbi beyinyuma”

Rusiya hökuməti Ukraynaya qarşı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır, əsas məqsədin qonşusunun “denasifikasiya və demilitarizasiya” olduğunu deyir. Putin Ukraynanı sovet hakimiyyətinin yaratdığı qanunsuz ölkə hesab edir, Vaşinqtondan əmr alan “neonasistlər” və “narkomanlar” tərəfindən idarə olunduğunu iddia edir.

AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Robert Koalson dövlət televiziyasının davamlı olaraq bu mövzuları tirajladığını yazır.

“Televiziya bütünlükdə hərbi beyinyumayla məşğuldur”, – radionun rus xidmətinin müxbiri Yelena Rikovtseva bu yaxınlarda yazırdı. Onun sözlərinə görə, Rusiya dövlət televiziyasıbın “antiukrayna isteriyasının zirvəsinə” bircə məqalədə qiymət vermək çətindir.

Səsləndirilən iddialar isə hər hansı dəlillə əsaslandırılmır, Qərbin media orqanları, rəsmilər, Mariupoldan qaçan sakinlər tərəfindən təkzib olunur.

Əsas iddialar

Kremlin iddiaları əsasən iki hissədən ibarətdir. Birincisi odur ki, Kiyev Donbas regionunda Rusiyanın dəstəklədiyi qüvvələrə böyük hücuma hazırlaşırdı. İkinci isə Birləşmiş Ştatların Rusiyanı məhv etmək niyyətində’ olması iddiasıdır.

Martın 27-də NTV kanalında İradə Zeynalova ilə Həftəlik İcmal verilişində “ələ keçirilən” sənədlərə istinadla iddia olunub ki, Rusiyanın işğalı Ukrayna qüvvələrinin Donbasa planlaşdırdığı hücumu önləyib.

Vladimir Solovyov isə Rossiya-1 telekanalında üç saatlıq proqramda ABŞ-ın “Rusiyanı dağıtmaq, onu kiçik hissələrə parçalamaq” niyyətini müzakirəyə çıxarıb.

İllərlə Moskvada UNIAN xəbər agentliyi üçün işləmiş ukraynalı jurnalist Roman Tsimbalyuk Rusiya propaqandasının “dəqiq necə işlədiyini” öyrəndiyini deyir.

“Rusiya mediası kütləvi informasiya vasitəsilə deyil, informasiya əsgərləridir və həmişə yalan danışırlar”, – o söyləyib.

Dəstək zəifdir?

Moskvada sorğu şirkətinin əməkdaşı Maksim Kats hazırda Kremlə ictimai dəstəyin səngiməsi fonunda propaqandanın “dozası”nın artırıldığını düşünür.

“Sanki onlar xalqın müharibəni dəstəkləmədiyini düşünürlər və ona görə də hərbi senzura kimi tədbirlərə əl atırlar. İllərlə fəaliyyət göstərmiş sosial şəbəkələri bağlayırlar. Exo Moskvı radiosunu bağladılar. Anlayırlar ki, informasiya azad şəkildə yayılsa, heç kəs müharibəni dəstəkləməyəcək”, – Kats radioya bildirib.

Sosioloq Lyubov Borusyakın fikrincə, Ukraynaya qarşı müharibə Rusiya cəmiyyətinə “Krım hadisələrində olduğu kimi emosional yüksəliş gətirmədi”.

Onun sözlərinə görə, rusiyalıların 75 faizə qədəri İnternetdən istifadə edir, bəzi müxalif kanalların xəbərlərinə on minlyonlarla baxış olur. Bunlar isə hökumətin informasiya müharibəsinə nəzarətinə zərbə vura bilər.

Nəticədə Kremlin həm internet televiziyası, həm də yayım televiziya nəzarət həvəsi güclənir.

Hazırda Rusiyada ən populyar sosial media platforması Youtube-dur. Artıq onu da bloklamaq çağırışları səslənir, özəlliklə də YouTube martın 11-də Kremlin nəzarətində olan medianı blokladıqdan sonra.

Alternativlər

Kremlin təbliğatçıları 2006-cı ildə təsis edilmiş RuTube-u reklam edirlər. Sahibi Gazprom-dur və xəbər kontenti tənzimlənir.

2011-ci ildə RuTube-un 14.5 milyon istifadəçisi vardısa, 2021-ci ildə 3 milyona düşüb. Ancaq 2021-ci ildə 78.5 milyon rusiyalı YouTube-dan istifadə edib.

Martın 22-dən ZTV adlı yeni kanal Ukraynadakı müharibəylə bağlı “sutkaboyu” informasiya verəcəyni iddia edib. Z simvolu bu müharibənin simvoluna çevrilib.

Rusiya dövlət televiziyalarının müharibəylə bağlı iddiaları indiyədək Vaşinqton və ekspertlər tərəfindən təkzib olunub.

Müstəqil Levada sorğu mərkəzinin təhlilçisi Aleksey Levinson deyir ki, Rusiya ictimaiyyətinin dövlət mediasının “dediklərinə inanmamasına heç bir səbəbi yoxdur”. Ancaq onların çoxu müharibənin yanlış olduğunu “şüuraltı hiss edir”.

“O vicdanın səsini susdurmağa vasitə olmalıdır. Bunu isə televiziya, həm də uğurla həyata keçirir”, – Levinson vurğulayır.

XS
SM
MD
LG