Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:55

Tanınmışları morqa getməyə çağırdılar


Moskva metrosu
Moskva metrosu

146 milyonluq əhalinin 37 faizə yaxını tam peyvənd olunub

Rusiyanın böyük xəstəxanalarının bir qrup baş həkimi ölkədə COVID-ə qarşı vaksinasiyanın əleyhinə çıxan siyasətçilərə və tanınmış şəxslərə çağırış ediblər. Onları yoluxmaların çox olduğu yerlərdə reanimasiya şöbələrinə və morqlara gedərək xəstəliyin ölkəyə sərt təsirini görməyə səsləyiblər.

Moskva, Sankt Peterburq, Samara, Soçi, Krasnodar, Xanti-Mansiisk şəhərlərinin xəstəxanalarının baş həkimləri əsasən hakim Vahid Rusiya Partiyasının üzvləridirlər. Onlar deyirlər ki, “vaksinasiyanın opponentləri” vəziyyətin necə pis olduğunu özləri görməlidirlər.

Son həftələr Rusiyada koronavirusla bağlı rekord sayda ölüm və yoluxma halları qeydə alınır.

“Qırmızı zonalar”

146 milyonluq əhalinin 37 faizə yaxını tam peyvənd olunub. Baxmayaraq ki, Rusiya Sputnik V vaksinini digər ölkələrdən daha tez qeydiyyatdan keçirib.

TASS dövlət xəbər agentliyi və RBK media orqanının dərc etdiyi məktub bir sıra aparıcı siyasətçilərə, aktyorlar Yeqor Beroyev, Oskar KuçeraMariya Şukşina, musiqiçilər və müğənnilərə, eləcə də “vaksinasiyanın digər opponentləri”nə ünvanlanıb.

“Sizin Rusiya vətəndaşlarının COVID-19-a qarşı vaksinasiya ilə bağlı mövqeyinizi bilirik. Hazırda hamımız çox məşğuluq və yəqin ki, bunun səbəbini bilirsiniz. Amma sizin dediklərinizi oxuyanların, sizə qulaq asanların, sizi izləyənlərin sayını nəzərə alaraq sizə reanimasiyalardakı ‘qırmızı zonaları’ və xəstəxanalardakı autopsiya şöbələrini göstərməyə vaxt taparıq. Ümid edirik, bundan sonra mövqeyiniz dəyişəcək və daha az adam öləcək”, – məktubda vurğulanır.

Kremlin mövqeyi

Sözçü Dmitri Peskov Kremlin bu məktubu “müsbət” addım saydığını deyib. Son həftələr ölkədə gündəlik ölüm min nəfəri aşdığı bir dönəmdə Prezident Vladimir Putin də rusiyalıları peyvənd vurdurmağa çağırır.

“Ümid edək, bu həkimlərin nüfuzu bu şəxslərin azı birini baxışını dəyişməyə kömək edəcək”, – Peskov deyib.

Məktubda adı çəkilənlərdən aktyor Yeqor Beroyev deyirdi ki, peyvənd olunmamış moskvalılara qarşı hər hansı qadağa yəhudilərlə nasist Almaniyası dövründəki davranışa bənzəyər.

Noyabrın 24-nə olan məlumata görə, Rusiyada koronavirusa 9 milyon 400 mindən çox yoluxma, 268 minə yaxın ölüm qeydə alınıb.

XS
SM
MD
LG