Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:15

Rusiyada işsizlik postsovet dövrünün ən aşağı həddinə düşüb


Rusiyada məşğulluq idarəsi
Rusiyada məşğulluq idarəsi

Ukraynaya hücuma görə Qərbin sərt sanksiyalarına baxmayaraq, Rusiyada işsizlik postsovet dövrünün ən aşağı həddinə düşüb. AzadAvropa/AzadlıqRadiosunun müxbiri Tod Prins bunun səbəblərindən yazır.

Qərbin maliyyə və texnoloji sanksiyaları ilə eyni vaxtda yüzlərlə, bəzən də minlərlə rusiyalının çalışdığı bir sıra şirkətlər ölkədən gedib.

Səbəblər

Bütün bunlara baxmayaraq, mayda Rusiyada işsizlik postsovet dövrünün ən aşağı həddinə – 3.9 faizə düşüb, iyunda da bu səviyyədə qalıb. Bu, Avropa İttifaqındakı ortalama göstəricidən çox aşağı, ABŞ-dakı 3.6 faizdən çox böyük deyil.

Bir sıra ekspertlər bu göstəricinin aşağı olmasını demoqrafik tendensiyaların üzüaşağı getməsi, iş yerlərinə nisbətdə iş saatları və maaşların kəsilməsini, həm də iqtisadi təlatümləri idarəetmə təcrübəsilə izah edirlər.

Ukraynanın işğalı fonunda işçi qüvvəsinin Rusiyadan kütləvi axını, qeyri-sabit işlərin daha çox Orta Asiyadan miqrantlar tərəfindən görülməsi, üstəlik, müharibəyə daha çox qüvvənin cəlbi də işsizlik səviyyəsinin aşağı həddə qalmasında əhəmiyyətli rol oynayıb.

Doktorant: 'Məcburam ki əlavə işdə işləyim'
Gözlə

No media source currently available

0:00 0:05:22 0:00

Böhranlar

Payızda iş yerlərinin azalacağı gözlənir ki, bu da kənd təsərrüfatı, tikinti və turizm sektorlarında mövsümi işlərin başa çatması, sanksiyaların başlatdığı resessiyanın dərinləşməsilə əlaqədardır.

Ancaq yenə də ilin sonuna Rusiyada işsizliyin bir çox Avropa ölkələrindən daha aşağı həddə qalacağı proqnozlaşdırılır.

“Fakt budur ki, Kreml, işəgötürənlər, əhali iqtisadi böhrana çox yaxşı alışıblar. Çox yaxşı inkişaf etmiş işlə təminat sistemi və sosial dəstək işsizliyi aşağı həddə saxlayır”, – Macro-Advisory konsultasiya qrupunun təsisçisi Kris Vifer AzadlıqRadiosuna deyib.

Resurslarla zəngin Rusiya Vladimir Putinin 2000-2008-ci illərdəki prezidentliyi dövründə böyük iqtisadi bum yaşayıb. Buna dünyada neft-qazın baha satılması da təkan verib. Sonradan ölkə dörd dəfə iqtisadi çaxnaşmayla üzləşib: 2008-2009-cu illərin qlobal maliyyə böhranı; 2014-cü ildə Rusiyanın Ukraynaya təcavüzünə görə Qərb sanksiyalarının ilk raundu və enerji qiymətlərinin kəskin düşməsi; 2020-ci ilin COVID pandemiyası və bu il fevralın 24-də Ukraynaya irimiqyaslı hücum.

İşəgötürənlərə subsidiya

Ancaq hökumət hər dəfə potensial siyasi təsirləri olan problemlərin həllində, o cümlədən işsizlikdə təcrübə yığıb. Vifer deyir ki, dövlət orqanları sosial sabitliyi saxlamaq üçün iş yerlərinin hazırlanmasıyla ciddi-cəhdlə məşğuldurlar.

“Kreml regionlarda işsizlikdən həmişə qorxub və dərhal orada iş yerlərinin açılmasına, işəgötürənlərə subsidiya verilməsinə diqqət ayırır”, – ekspert bildirir.

Əmək naziri Anton Kotyakov avqustun 15-də “Rossiyskaya Qazeta”ya deyib ki, işsizlik səviyyəsinin qalxması Rusiya şirkətlərinin Qərbdən gələn mallara və Qərb bazarlarına alternativ tapmasından asılı olacaq. Onun sözlərinə görə, hökumət həssas təbəqədən olanların işə götürülməsi üçün şirkətlərə subsidiya ayırır.

“Bu, iqtisadiyyatın manual idarə olunmasıdır, qeyri-müəyyənlik komponenti olanda vacibdir”, – nazir söyləyib.

Həyətinin ağacını kəsməyə məcbur olan kəndlilər
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Rusiyadan gedən və qalan şirkətlər

Rusiyadan gedən şirkətlər rusiyalı işçilərin maaşlarını əsasən saxlayıblar. ABŞ-ın McDonald's şirkətinin Rusiyada 62 min işçisi vardı, biznesini sibirli sahibkara işçiləri azı iki illiyə saxlamaq şərtilə satıb.

“McDonald's Rusiyaya qayıtmaq istəsə belə, onu qarşılayaraq kömək edəcəklər. Çünki düzgün şəkildə gedib, iş yerlərini qoruyub”, – Vifer vurğulayır.

İyunda açıqlanmış bir hesabata görə, 350 min nəfər, ümumi işçilərin 0.5 faizinin çalışdığı xarici firmalar Rusiyada əməliyyatları ya dayandırıb, ya da məhdudlaşdırıb.

İqtisadçılar ilin sonuna Rusiyada işsizliyi 5.6 faiz proqnozlaşdırır, daha öncəki proqnoz 6.5 faiz idi.

Digər tərəfdən, rusiyalıların 40 faizə yaxını dövlət, dövlətə məxsus, yaxud sahibləri hökumətlə əlaqəli özəl şirkətlərdə çalışır. Onlar isə çətin dövrdə işçi sayını azaltmağa meylli deyillər.

XS
SM
MD
LG