Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:07

Rusiya Facebook və Instagram-ı bloklayır, WhatsApp qalır


Bundan əvvəl Meta Facebook və Instagram-da Rusiya hərbçilərinə qarşı zorakılığa çağıran postların silinməsindən imtina etmişdi

Moskva məhkəməsi Meta şirkətini “ekstremist təşkilat” elan edib.

Martıq 21-də çıxarılmış hökm Facebook və Instagram-ın “dərhal” bloklanmasını nəzərdə tutur.

Interfax xəbər verir ki, məhkəmənin qərarı WhatsApp messencerinə şamil edilməyəcək.

Rusiya Baş Prokurorluğunu bu barədə vəsatətinə hakim Olqa Solopova baxırdı.

Müdafiə tərəfi məhkəmənin əvvəlində onlara əlavə materialların hazırlanması üçün vaxt istəsə də, Meta şirkətinin bu vəsatəti rədd edilib.

Məhkəmədə Baş Prokurorluğun nümayəndəsi Timur Abreqov deyib ki, Meta Rusiya hakimiyyət orqanlarının sorğularını qulaqardına vurub və istifadəçilərin “rusiyalılara ölüm istəmələrinə” rəvac verib.

“Alternativ reallıq”

Abreqovun sözlərinə görə “Meta istifadəçilər üçün Rusiya vətəndaşlarına qarşı aqressiv ritorika imkanı verən alternativ reallıq” yaradıb və nəticədə Meta “ekstremist fəaliyyət üçün alətə” çevrilib.

Prokurorluq nümayəndəsi bu səbəbləri əsas gətirərək Meta şirkətinin Rusiya ərazisində “dərhal” qadağan olunmasını istəyib.

Abreqov aydınlaşdırıcı suala cavab verərkən deyib ki, söhbət sosial şəbəkənin istifadəçilərindən yox, Metanın özündən və onun materiallarından gedir.

Metanın məhkəmədəki nümayəndəsi deyib ki, şirkət rusofobiyaya, soyqırım və zorakılığın başqa növlərinə, habelə dövlət başçılarının öldürülməsinə çağırışlara qarşıdır.

Nümayəndə əlavə edib ki, yeni qaydalar Rusiya vətəndaşlarına qarşı zorakılığa çağırışlara icazə vermir.

Ukrayna Rusiyanın tələblərini rədd etdi
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

“Son dərəcə misilsiz və fövqəladə vəziyyətdə”

Hələ martın 11-də Rusiya Baş Prokurorluğu Metanın “ekstremist təşkilat” kimi tanınması üçün müraciət etmişdi.

Bundan əvvəl Meta Facebook və Instagram-da Rusiya hərbçilərinə qarşı zorakılığa çağıran postların silinməsindən imtina etmişdi.

Bu postlardan bir çoxunda Vladimir Putinə və Alyaksandr Lukaşenkaya ölüm istənirdi.

Rusiya İstintaq Komitəsi Baş Prokurorluğun bu müraciəti əsasında cinayət işi qaldırmışdı.

Komitə bildirirdi ki, Meta “Rusiya işğalçılarına ölüm” çağırışı edən Facebook və Instagram postlarını silməkdən imtina edib.

Meta isə bildirirdi ki, istifadəçilərin söz azadlığını və bundan özünümüdafiə kimi istifadə etməsini məhdudlaşdırmaq istəmir.

Metanın vitse-prezidenti Nik Kleqq demişdi ki, şirkət öz platformlarında sözü gedən icazəni yalnız Ukrayna ərazisi üçün verib.

O demişdi ki, bu “son dərəcə misilsiz və fövqəladə vəziyyətdə” qəbul edilmiş qərardır.

Rusiyada Facebook martın 4-də, Instagram isə martın 14-də bloklanıb.

XS
SM
MD
LG